Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-129/2023 11.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, təqaüdçü, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Oğuz şəhərində X3 intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, eyni zamanda, sərxoş vəziyyətdə Oğuz şəhərində Heydər Parkında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, eyni zamanda, sərxoş vəziyyətdə Oğuz şəhərində X6 ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2023cü il tarixdə işlədiyi yerdən maaşını ala bilmədiyinə görə əsəbiləşərək yaşadığı evdən pul götürərək mağazadan spirtli içki almış, çayın qırağına getmiş və orada spirtli içki qəbul etmişdir. Bundan sonra X10 gəlmiş, orada olan polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuşdur. Belə ki, o, polis əməkdaşlarına xidməti düzgün aparmadıqlarını demiş və bu barədə öz məsləhətlərini onların diqqətinə çatdırmışdır. Polis əməkdaşları ondan uzaqlaşmağını xahiş etsələr də, o məsləhətlərini verməyə davam etmişdir. Bundan sonra onunla polis əməkdaşları arasında sözlü münaqişə yaranmışdır. Həmin vaxt orada olan polis əməkdaşları digər polis əməkdaşlarına xəbər vermişlər, bir qədər sonra başqa polis əməkdaşları da hadisə yerinə gələrək onun Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə getməkdən imtina etdikdə isə onu məcburi şəkildə avtomobilə əyləşdirib Polis Şöbəsinə aparmışlar. O, içkili vəziyyətdə olduğundan qanunsuz hərəkətlərə yol vermişdir. Ancaq polis əməkdaşlarına qarşı etdiyi kobud hərəkətlərə görə onlardan üzr istəyir, eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon X11 Patrul Xidmətinin polis nəfəri X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Oğuz şəhərində X6 adlanan parkda xidmətdə olarkən sonradan adını bildiyi Şəxs ona yaxınlaşaraq xidmətini niyə düzgün təşkil etmədiyini soruşaraq ona və onun komandirinə xidməti necə aparmaq lazımdırsa öyrədəcəyini bildirmişdir. O, həmin şəxsdən spirtli içki qoxusu gəldiyindən sərxoş vəziyyətdə olduğunu başa düşmüş və təmkinlə Şəxs oradan uzaqlaşmağını və xidmət aparılmasına mane olmamasını xahiş etmişdir. Şəxs bir neçə dəqiqə sonra yenidən ona yaxınlaşaraq “sənin kimi polislərə xidmət aparmağı öyrədərəm” deyərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman o Şəxs nizam-intizama dəvət etsə də, Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. O həmin yerə Şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq üçün polis əməkdaşlarından ibarət əlavə qüvvə çağırmışdır. Digər polis əməkdaşları gəldikdən sonra Şəxs onların ünvanına daha aqressiv şəkildə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra onlar Şəxs Polis Şöbəsinə dəvət etmiş, o getmək istəmədiyinə görə onu məcburi şəkildə Polis Şöbəsinə aparmışlar. Şəxs ictimai yerdə ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməklə yanaşı, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə də qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli AZ 000568 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 13:00-da azad edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Oğuz şəhərində X3 intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda, sərxoş vəziyyətdə Oğuz şəhərində X6 ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq inzibati həbs müddətinin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan hesablanmalı, Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilərək xx.xx.2023-cü il tarixli AZ 000568 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 21:00-dan xx.xx.2023-cü il tarixdə saat 13:00-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 16 saat müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X5 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 15:40-dan hesablansın. Şəxs xx.xx.2023-cü il tarixli AZ 000568 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 21:00-dan xx.xx.2023-cü il tarixdə saat 13:00-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 16 saat müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2023-cü il tarixdə saat 23:40-da başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-129/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-129/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver