Məhkəmə qərarları › İş №3(054)-130/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-130/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-130/2023 18.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 və onun vəkili X4 iştirakı ilə X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Oğuz rayon Muxas kənd sakini X8 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 manat miqdarında inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Muxas kəndində yaşayır və Oğuz rayon Muxas Bələdiyyəsinin sədri vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə onun barəsində Oğuz rayonu Muxas kəndi ərazisində bələdiyyəyə məxsus ərazidə məişət tullantılarının qalaqlanması ilə bağlı MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən onun barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surəti ona xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə verilmişdir. Barəsində tərtib edilmiş protokol və qərar əsassızdır. Belə ki, sənaye və məişət tullantılarının qalaqlanması ilə heç bir əlaqəsi yoxdur. Belə bir hal baş vermiş olsa belə bunu o etməmiş, həmin əraziyə tullantıların tökülməsinə icazə və ya göstəriş verməmiş və özü də həmin əraziyə hər hansı tullantı atmamışdır. Bundan əlavə qeyd edilən ərazi Oğuz rayon Muxas kəndinin deyil, Muxas kəndinin kənarından keçən çay yatağı ərazisidir. Oğuz rayon Muxas kəndi ərazisində sənaye və məişət tullantıları hər gün toplanıb utilizasiya olunur və qalaqlanmasına da imkan verilmir. Nə onun özünün, nə də Oğuz rayon Muxas Bələdiyyəsinin ərazisində yaşayan hər hansı bir şəxsin qeyd olunan əraziyə sənaye və məişət tullantısı atmasına dair heç bir fakt mövcud deyil. Qeyd edilən tullantıların həmin əraziyə kimin tərəfindən atılması ona məlum deyil. Əlaqəsi olmadığı bir fakta görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən 2000 manat məbləğində qanunsuz, əsassız və ədalətsizdir. Hazırda onun barəsində həqiqətə uyğun olmayan protokol və qərar qəbul edilmişdir. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Akif Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan narazı və şikayətçidir. Qeyd edilən əsaslara görə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X8 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, xx.xx.2023-cü il tarixdə onu Oğuz rayon Polis Şöbəsinə dəvət etmiş və orada ona sənaye və məişət tullantıları olan ərazinin şəklini göstərərək həmin ərazinin Oğuz rayon Muxas kənd Bələdiyyəsinin ərazisi olub-olmadığını soruşmuşlar. O isə həmin ərazinin bələdiyyə ərazisi deyil, çay yatağı olduğunu bildirmişdir. Belə ki, həmin ərazinin təmizlənməsini bələdiyyə işçiləri həyata keçirsə də, bələdiyyə ərazisi olmadığından bu onların vəzifəsi deyildir. O xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məktub yazaraq Muxas kənd Bələdiyyəsi, meşə fondu və dövlət fondu torpaqlarının sərhədlərinin müəyyənləşdirilməsinin təmin olunması zərurəti olduğunu bildirsə də, həmin məktuba heç bir cavab verilməmişdir. Sözügedən ərazinin Muxas kənd Bələdiyyəsinin ərazisi olub-olmadığı dəqiqləşdirilmədən protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. O Oğuz rayon X14 Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu və qeyd olunan protokol əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Akif Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 vəkili X1 Ramiz Bahadur oğlunun verdiyi izahatı təsdiq edərək şikayətin təmin olunması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Akif Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında verdiyi izahatında hazırki iş üzrə X5 şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirmiş və bununla bağlı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Oğuz rayon Muxas kənd Bələdiyyə sədri X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli protokol və protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Belə ki, Oğuz rayonu Muxas kənd Bələdiyyə sədri X8 barəsində protokol tərtib olunmasının səbəbi reyd keçirilən zaman Oğuz rayon Muxas kənd Bələdiyyəsinə məxsus ərazidə sənaye və məişət tullantılarının qalaqlanması faktının aşkar edilməsi olmuş, foto şəkillər çəkilərək inzibati işin materiallarına əlavə edilmişdir. Bundan əlavə, Oğuz rayonu Muxas kənd Bələdiyyəsinin sədri X3 rayon Polis Şöbəsi tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla razılaşmış və protokola şəxsən imza etmişdir. Həmçinin izahat verərək qeyd edilənlərlə razılaşaraq şəxsən imza etmişdir. Eyni zamanda bələdiyyə sədri həmin ərazinin bələdiyyəyə məxsus olub-olmaması barədə onlara sənəd təqdim etməmiş, məişət və sənaye tullantıları üçün quyu qazılmamış və hər hansı xəbərdarlıq lövhəsi yerləşdirilməmişdir. Ona görə də X5 şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla X5 hazırki şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. İnzibati xətaya dair materialın obyektiv araşdırılması məqsədi ilə sənaye tullantılarının qalaqlanmasının aşkar olunduğu yerə baxış keçirilmiş, baxış zamanı həmin ərazinin Muxas kəndindən təxminən 300 metr uzaqlıqda çay yatağı olduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Oğuz rayon Muxas kənd Bələdiyyəsinə məxsus ərazidə məişət tullantılarının qalaqlanmasının aşkar edilməsi əsası ilə X8 barəsində Oğuz rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X11 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 manat miqdarında inzibati cərimə edilmişdir. X8 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, həmin protokol əsasında inzibati tənbeh edilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini hər hansı inzibati xəta törətmədiyi, habelə, həmin ərazinin Oğuz rayon Muxas kənd Bələdiyyəsinin ərazisi olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.11- ci bəndinə əsasən həmin Məcəllənin 228,230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 266.5–266.13, 269, 271, 273, 274, 275.1 – 275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli protokol Oğuz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, X5 barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmasının səbəbi Oğuz rayon Polis Şöbəsində toplanmış materiallar olmuşdur, Oğuz rayon Polis Şöbəsi də X8 barəsində qeyd edilən inzibati xəta pozuntusu ilə bağlı toplanmış müvafiq materialları aidiyyəti üzrə müvafiq orqana göndərməli olduğu halda xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də qanunvericiliyin tələbini nəzərə almadan X8 Azərbaycan Respublikası İXM-nin 271- ci maddəsi ilə təqsirli bilərək onu 2000 (iki min) manat inzibati qaydada cərimə etmişdir. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmiş və X8 barəsində səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən protokol tərtib edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1, 135.1.5-2 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», “ inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi “ və «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə isə işə baxarkən, polis şöbəsinin protokol tərtib edib baxılması üçün Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərərkən qanunvericiliyin tələblərinə düzgün əməl edibetməməsi dəqiq araşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X5 şikayəti təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 manat miqdarında inzibati cərimə edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Akif Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X8 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar