Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-133/2023 18.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Oğuz rayon İcra və Probasiya Şöbəsində olarkən ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətməsi, bununla da iş rejimini pozaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Oğuz rayon İcra və Probasiya Şöbəsində olarkən xidməti otaqda öz narazılığını bildirmiş, otaqdan çıxdıqdan sonra isə Oğuz Rayon Məhkəməsinin inzibati binasında ucadan səsküy salmaqla ünvansız nalayiq ifadələr işlətmiş, bununla da iş rejimini və ətrafdakı şəxslərin rahatlığını pozaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu barədə Oğuz rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında akt tərtib edilərək Oğuz rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilmiş və etdiyi hərəkətlərə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs Polis Şöbəsinə gətirilərkən polis əməkdaşlarına hər hansı şəkildə tabesizlik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə o, ona ünvanlanan məktubdan narazılığını bildirmək üçün Oğuz rayon İcra və Probasiya Şöbəsinə getmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi Zaur Rəfiyevin xidməti otağında ona göndərilmiş məktub əsassız olduğundan və bu barədə düzgün qərar verilmədiyindən əsəbiləşərək öz narazılığını uca səslə bildirərək oradan uzaqlaşmışdır. Lakin orada heçkəsin ünvanına nalayiq ifadələr işlətməmişdir. O, həmin vaxt əsəbi olduğundan səs tonu yüksək olmuşdur, lakin sözügedən inzibati xətanı törətməmişdir və buna görə də özünü təqsirli bilmir. Eyni zamanda o, onkoloji xəstədir və əsəb sistemi ilə əlaqədar müalicə də alır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X7 izahat verərək bildirdi ki, o, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyir. Şəxs borclu qismində tanındığı icra sənədinin icra edilməsi ilə əlaqədar proses təyin edilmiş və həmin şəxsə bu barədə məktub ünvanlanmışdır. xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Şəxs Oğuz Rayon Məhkəməsinin 2 (054) -373 / 2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin məcburi icrası ilə bağlı ona göndərilmiş bildirişi poçt vasitəsilə aldıqdan sonra Oğuz rayon İcra və Probasiya Şöbəsinə gəlmiş, onun xidməti otağına daxil olaraq işlə bağlı öz etiraz və narazılığını kobud surətdə, yüksək səs tonu ilə hədələyici və təhqiredici ifadələr işlətmiş, ona qanunsuz hərəkətlərinə son qoyulması barədə xəbərdarlıq edildikdən sonra otaqdan çıxıb ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək şöbənin və məhkəmənin iş rejimini kobud surətdə pozmuş və daha sonra oranı tərk etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Oğuz rayon İcra və Probasiya Şöbəsində olarkən ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətmiş, bununla da iş rejimini pozaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə səhhətinin vəziyyətini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan aşağı həddə - 50 (əlli) manat məbləğində inzibati cərimə tətbiq etməyi qanunauyğun hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-133/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-133/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver