Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-135/2025 23.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, subay, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 309 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 480 manat borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (054) - 11 / 2025 nömrəli qətnaməsinə əsasən Şəxs qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay 2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqının 0,23 misli həddində sabit pul məbləğində aliment tutularaq, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5, xx.xx.2008-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə verilməsi, Şəxs 48,44 manat alınaraq respublika büdcəsinə keçirilməsi və iş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin cavabdeh Şəxs tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hər iki qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2025-ci il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbləri icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 309 / 2023 nömrəli və xx.xx.2025-ci il tarixli 2 (054) - 11 / 2025 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədi üzrə borcluya tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən bildiriş göndərilmiş, lakin borclu icra sənədləri üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkarlara cəmi 4422,44 manat ödənilməmiş borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, hazırda işsizdir. Onun icra sənədlərini icra etməkdən boyun qaçırmaq niyyəti yoxdur. O, uzun müddət xəstə olmuşdur. Lakin işsiz olması səbəbindən ödənişləri həyata keçirə bilmir. Onun hazırda tələbkarlara cəmi 4422,44 manat ödənilməmiş borcu yaranmışdır. Hazırki vəziyyətdə də yaranmış borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Lakin vaxt verilərsə borclarını tədricən bağlayacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, ailə vəziyyəti və işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin vaxt verilərsə qalıq borcu hissə-hissə ödəyəcəkdir. Eyni zamanda, borclunun səhhətində ciddi problemlər vardır ki, bu da onun işləməyinə mane olur. Borclunun başqa gəlir mənbəyi də yoxdur. Tələbkarın isə maddi vəziyyəti yaxşıdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 izahat verərək bildirdi ki, borclu ilə dəfələrlə söhbət aparılmış, lakin borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Tələbkar borcun ödənilməsini tələb edir, borclu isə borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, borclunun ona aliment borcu vardır. Borclu alimentin ödənilməsindən qəsdən yayınır. O ən azından aliment borcunun yarısının ödənilməsini tələb edir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 309 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 480 manat borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (054) - 11 / 2025 nömrəli qətnaməsinə əsasən Şəxs qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay 2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqının 0,23 misli həddində sabit pul məbləğində aliment tutularaq, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5, xx.xx.2008-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə verilməsi, Şəxs 48,44 manat alınaraq respublika büdcəsinə keçirilməsi və iş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin cavabdeh Şəxs tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hər iki qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və bir icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə borclu qismən ödəniş etmiş və hazırda onun tələbkara cəmi 4422,44 manat ödənilməmiş borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, tələbkarların mövqeyini, habelə Şəxs bir neçə icra tələbi üzrə borclu olmaqla borcun kifayət qədər çox olduğundan onun tərəfindən birdəfəyə ödənilməsinin mümkünsüz qədər çatin olduğu və hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimə məbləğinin 500 manat müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-135/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-135/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver