Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-139/2024 05.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXP) 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Oğuz rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq həmin orqanların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəblərini bildirməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Oğuz rayon Polis şöbəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş bildiriş və xəbərnamədən görünür ki, “VAZ 21214” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulması ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən həmin nəqliyyat vasitəsi və sürücüsü barədə sənədlərin surətinin 5 gün müddətində Oğuz rayon Polis Şöbəsi DYPB-yə göndərilməsi xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İXP-nin 347-ci maddəsi ilə məsuliyyət yaranacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan məktub və ona əlavə edilmiş bildiriş xx.xx.2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada təqdim edilmişdir. Oğuz rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, protokol tərtib edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 11-1/2-xx-xx/2024 nömrəli məktubu nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xətaya yol verilməsi halının olmadığı, eləcə də qəbul etmiş olduğu sorğuya 5 gün müddətində cavab verilməsi nəzərə alınaraq tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib olunmuş hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə həmin hüquqi şəxsin özünün mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi qeyd edilsə də, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, “VAZ 21214” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Oğuz rayon Polis Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilən bildirişə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 5 gün müddətində cavab verilmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmədiyindən həmin hüquqi şəxsin barəsində qeyd olunan maddədə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Oğuz Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-139/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-139/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver