Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-141/2022 12.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1967-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, ikinci dərəcəli əlilliyi olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Şəxs barəsində inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində yerləşən bağ sahəsində qonşusu Zərərçəkmiş şəxs yaba ilə vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi faktı üzrə Oğuz rayon X4 Qrupunun təhqiqatçısı Qurban Quliyevin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonu Xaçmaz kəndində yaşayır. Mülkiyyətində olan həyətyanı torpaq sahəsindən su arxı keçir. xx.xx.2022-ci il tarixdə 8-9 nəfər şəxsin onun həyətinə icazəsiz daxil olaraq su arxına müdaxilə etdiklərini görmüş, bu səbəbdən həmin şəxslərlə aralarında mübahisə yaranmışdır. Mübahisə baş verən zaman əsəbi vəziyyətdə olduğu üçün əlindəki yabanı su arxına müdaxilə edən şəxslərin üzərinə atmış, həmin yaba onlardan biri olan Zərərçəkmiş şəxs dəydiyindən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirilmişdır. Sonradan o, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və Zərərçəkmiş şəxs da onu bağışlamışdır. O, etdiyi hərəkətə görə özünü təqsirli sayır və əməlindən səmimi peşman olmuşdur. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Xaçmaz kəndində yaşayır və Şəxs onun qonşusudur. xx.xx.2022-ci il tarixdə digər qonşuları ilə birlikdə yaşadıqları kənddəki su arxından öz həyətlərinə su aparmaq istəyən zaman Şəxs buna narazılıq etmiş və onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs əlindəki yabanı onların üzərinə atmış, həmin yaba ona dəyərək xəsarət yetirmişdır. Şəxs sonradan ondan üzr istədiyinə və hazırda onların həmin su arxından istifadə etmələrinə maneə törətməyəcəyinə söz verdiyinə görə o, Şəxsla barışmış və onu bağışlamışdır. Onun hazırda Şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində Şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmasına baxmayaraq inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9, 105, 110- 115-ci-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barədə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-141/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-141/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver