Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-142/2024 12.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1984-cü il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan, ali təhsilli, evli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi OYA0E2S Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Kreditor "xxxx" X11 Səhmdar Cəmiyyətinin borclu Şəxs qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 1560 / 2016 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs kreditor "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 904 ABŞ dolları 93 sent borc və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin cavabdeh Şəxs qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 1479 / 2016 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 1037,29 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Kreditor "xxxx" X11 Səhmdar Cəmiyyətinin borclu Şəxs qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 805 / 2017 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs kreditor "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 277 ABŞ dolları 11 sent borc və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (002) - 1116 / 2019 nömrəli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2 (002) - 5288 / 2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq Şəxs X2 xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçılar Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 cavabdeh Şəxs qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi, birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsi və borc məbləğlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 323 / 2019 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 30.030 (otuz min otuz) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs4, 30.000 (otuz min) manat borc məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs5 ödənilməsi qət edilmişdir. Eyni zamanda, iddiaçı Zərərçəkmiş şəxs6 cavabdehlər X3 və Şəxs qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 508 / 2019 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək cavabdeh Şəxs cəmi 8154 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs6 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hər bir məhkəmə qərarı üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2023-cü il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbkarlara olan borcları ödənilməmiş qaldığına görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 1560 / 2016 nömrəli, xx.xx.2017-ci il tarixli 2 (054) - 805 / 2017 nömrəli məhkəmə əmrləri, xx.xx.2016-cı il tarixli 2 (054) - 1479 / 2016 nömrəli və xx.xx.2019-cu il tarixli 2 (054) - 323 / 2019 nömrəli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (002) - 1116 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu indiyədək yalnız tələbkarlardan birinə müəyyən qədər ödəniş etmiş və hazırda onun tələbkarlara cəmi 71990,00 manat borcu qalmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o həkimdir və hazırda sınaq müddəti ilə özəl klinikada çalışır. Sonuncu dəfə inzibati həbs edildikdən sonra tələbkarlara müəyyən qədər ödənişlər etmişdir. Lakin bir müddət sonra anası xəstələndiyindən qazandığı gəliri anasının müalicəsi üçün xərcləmişdir. O borcunu ödəməli olduğunu başa düşür və bundan yayınmır, lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə tələbkarlara ödəməli olduğu borc məbləğlərini maddi imkansızlıq üzündən indiyədək tam şəkildə ödəyə bilməmişdir və hazırki vəziyyətdə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, o uzun müddət işsiz olması ilə əlaqədar borcunu tam ödəyə bilməmişdir, maddi imkanları daxilində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və "xxxx" X11 Səhmdar Cəmiyyətinin, Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndələri icra məmuru tərəfindən məlumatlandırılmalarına baxmayaraq hazırki məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 1560 / 2016 nömrəli, xx.xx.2017-ci il tarixli 2 (054) - 805 / 2017 nömrəli məhkəmə əmrlərinə, xx.xx.2016-cı il tarixli 2 (054) - 1479 / 2016 nömrəli və xx.xx.2019-cu il tarixli 2 (054) - 323 / 2019 nömrəli qətnamələrinə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (002) - 1116 / 2019 nömrəli qətnaməsinə dair icra sənədləri üzrə hazırda onun tələbkarlara cəmi 71990,00 manat borcu qalmışdır. İcra məmuru həmin icra sənədlərinin icrası ilə əlaqədar müvafiq tədbirlər görmüş, lakin borclu icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, yalnız onun barəsində axtarış elan edildikdən sonra polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, həmin qərarlar üzrə icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkarlara ödənilməli olan vəsaitin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 12 (on iki) gün müddətində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-142/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-142/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver