Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-144/2024 13.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1990-cı il tarixdə Oğuz rayonu Qarabaldır kənddə anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, orta təhsilli, subay, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli 211002002(98)700 nömrəli qərarına əsasən Şəxs 53352,74 manat əsas borc, 2134,11 manat faiz borcu - cəmi 55486 (əlli beş min dörd yüz səksən altı) manat 85 (səksən beş) qəpik tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs cəmi 829,84 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Oğuz rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs cəmi 70,36 manat tutularaq Zərərçəkmiş şəxs4nə ödənilməsi qərara alınmışdır. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 75,17 manat tutularaq Zərərçəkmiş şəxs4nə ödənilməsi qərara alınmışdır. Oğuz rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 63,80 manat tutularaq Zərərçəkmiş şəxs4nə ödənilməsi qərara alınmışdır. İddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin cavabdeh Şəxs qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 386 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 599,33 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 103 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 550 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbkarlara olan borcunu tam şəkildə ödəmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli 211002002(98)700 nömrəli qərarına, Oğuz rayon Notariat Ofisinin xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli icra qeydlərinə və Oğuz Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 386 / 2022 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 103 / 2023 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, icra sənədləri üzrə üzrə tələbkarlara müəyyən qədər ödənişlər etsə də, hazırda onun cəmi 57655,02 manat borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, əvvəllər adına VÖEN açdıraraq çayxana işlətmişdir. Həmin vaxt onun etibarından sui-istifadə edərək etibarnamə əsasında xəbəri olmadan adına şirkət təsis edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinə də borcu bu səbəbdən yaranmışdır. O, uzun müddətdir ki işsiz olduğuna görə borclarını ödəyə bilməmişdir. Lakin yenicə işə başlamışdır və səyyar telefon nömrələrinin satışı ilə məşğul olur. O, borclarını maddi imkanları daxilində hissə-hissə ödəməyə çalışacaqdır. Onun hazırki vəziyyətdə isə tələbkarlara olan borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu uzun müddət işsiz olduğuna görə . Borclu maddi imkanları daxilində borcunu hissəhissə ödəməklə aradan qaldıracaqdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Zərərçəkmiş şəxs2 MMC-nin, "xxxx" ASC-nin və Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi hazırki protokol ilə bağlı icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq iş üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli 211002002(98)700 nömrəli qərarına əsasən Şəxs cəmi 55486 (əlli beş min dörd yüz səksən altı) manat 85 (səksən beş) qəpik tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Oğuz rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 829,84 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 70,36 manat, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən 75,17 manat və xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən 63,80 manat tutularaq Zərərçəkmiş şəxs4nə ödənilməsi qərara alınmışdır. Notariusun həmin icra qeydləri icraya yönəldilmişdir. Bundan başqa, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 386 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi cəmi 599,33 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin hesabına, məhkəmənin xx.xx.2023-cü il tarixli 2 (054) - 103 / 2023 nömrəli qətnaməsinə əsasən isə cəmi 550 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Borclu icra sənədləri üzrə tələbkarlara müəyyən qədər ödənişlər etmiş və hazırda onun cəmi 57655,02 manat ödənilməmiş borcu qalmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, zərər çəkmiş şəxslərin mövqeyini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq etməyi, tələbkarlara ödənilməli olan borcun məbləğini nəzərə alaraq inzibati həbs müddətinin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-144/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-144/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver