Məhkəmə qərarları › İş №3(054)-148/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-148/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-148/2023 02.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh Şəxs qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 592 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 657,35 manat tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Eyni zamanda, iddiaçı "xxxx" ASC-nin cavabdeh Şəxs qarşı kredit müqaviləsi üzrə borc və dövlət rüsumu tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 81 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 5633,77 manat kredit borcu və ödənilmiş 76,33 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Hər iki qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2023cü il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, icra sənədləri üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu barəsində inzibati qaydada protokol tərtib edilərkən onun tələbkara 6367,45 manat borcu olmuşdur. Hazırda borclu 634 manat borc məbləğini və 47 manat icra ödənişini ödəyərək bir icra sənədini tam şəkildə icra etmiş və onun tələbkara 5710 manat ödənilməmiş borcu qalmışdır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o maddi imkansızlıq üzündən tələbkara olan borcunu vaxtında ödəyə bilməmişdir. O, 634 manat borc məbləğini və 47 manat icra ödənişini ödəmişdir. Ancaq onun digər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği bir dəfəyə ödəmək imkanı yoxdur. Maddi vəziyyəti acınacaqlı haldadır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş borc məbləğlərini tələbkara vaxtında ödəmək istəsə də, maddi vəziyyəti ağır olduğu üçün indiyədək həmin məbləğləri tam şəkildə ödəyə bilməmişdir. O, qalan borcunu ayda 200 manat ödəniş etməklə aradan qaldırmağa çalışacaqdır. Onun qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasından boyun qaçırmaq niyyəti yoxdur və həmin qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini özündən asılı olmayan səbəblərdən, maddi imkansızlığa görə yerinə yetirə bilməmişdir. Eyni zamanda qeyd edir ki, o, qeydiyyatda olduğu ünvanda, yəni Oğuz rayonu Padar kəndində deyil, bir müddət faktiki olaraq başqa ünvanda yaşadığına görə icra qurumunun çağırışlarına da gələ bilməmiş, barəsində axtarış elan edildiyini bildikdən sonra dərhal icra qurumuna gəlmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu hazırda xəstədir və borcunu tam şəkildə bağlamaq üçün maddi imkanı yoxdur. Borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Məlum olduğu kimi Şəxs məhkəmə icraatı gedişində bir icra sənədi üzrə borcunu tam olaraq ödəmişdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs (tələbkar) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə zərərçəkmiş şəxsin nümayəndəsi ilə telefon əlaqəsi saxladıqda borclu tərəfindən ən azından borcun yarısının ödənilməsini tələb edildiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbkara olan 6367,45 manat borc məbləğindən indiyədək cəmi 634 manat ödəmişdir və hazırda onun 5710 manat borcu qalmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmiş, buna görə də borclunun barəsində axtarış elan edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs bir icra sənədi üzrə borcunu tam şəkildə ödəməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, borcun məbləğini, tələbkarın mövqeyini, məsuliyyəti yüngülləşdirən halı, habelə, habelə hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar