Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-149/2024 28.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Tərkeş kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsili, subay, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması, uşaqların yanında qalması və onların saxlanılması üçün cəmi 440 manat alimentin cavabdehdən tutulması tələbi ilə bağlı 2(054)-138/2023 saylı mülki iş üzrə iddiaçının müvəqqəti təminat tədbiri kimi mülki işə baxılıb iş üzrə çıxarılacaq qərar qanuni qüvvəsini alanadək birgə nikahdan dünyaya gəlmiş uşaqlarıxx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 onunla hər həftənin şənbə günləri saat 10:00-dan bazar günləri saat 17:00-dək, uşaqların doğum günləri saat 10:00-dan saat 17:00-dək, Yeni il bayramının birinci günü saat 10:00-dan saat 17:00-dək, Novruz bayramının birinci günü saat 10:00-dan saat 17-dək ünsiyyətdə olaraq görüşməsinin müəyyən edilməsinə dair qərardad çıxarılması barədə ərizəsi Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16 (054) - 3 / 2024 nömrəli qərardadına əsasən təmin edilərək iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək iddiaçının övladları-xx.xx.2009-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günləri saat 17:00-dək, uşaqların doğum günləri saat 10:00-dan saat 17:00-dək, Yeni il bayramının birinci günü saat 10:00-dan saat 17:00-dək, Novruz bayramının birinci günü saat 10:00-dan saat 17-dək ünsiyyətdə olmasına maneə cavabdehə və onunla yaşayan digər şəxslərə qadağan edilmiş, qərardadın icrası Oğuz rayon İcra və Probasiya şöbəsinə tapşırılmış və icraya yönəldilmişdir. Həmin qərardad üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16 (054) - 3 / 2024 nömrəli qərardadına dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini icra etməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, uşaqların anaları ilə görüşüb ünsiyyət qurmasına heç bir maneçilik yaratmır. Uşaqlar özləri anaları Zərərçəkmiş şəxs ilə görüşməkdən imtina edirlər. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 138 / 2024 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulan övladları onun himayəsinə verilmişdir. Qeyd etdiklərinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16 (054) - 3 / 2024 nömrəli qərardadı 2 (054) - 138 / 2024 nömrəli iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək qüvvədə olmuş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 138 / 2024 nömrəli qətnaməsi qüvvəyə minmiş və hazırki qərardad öz qüvvəsini itirmişdir. Beləliklə, borclu tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclu icra sənədinin icrasından boyun qaçırır, onun övladları ilə ünsiyyətdə olmasına mane olur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 16 (054) - 3 / 2024 nömrəli qərardadına əsasən 2 (054) - 138 / 2024 nömrəli iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək iddiaçının övladları-xx.xx.2009-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günləri saat 17:00-dək, uşaqların doğum günləri saat 10:00-dan saat 17:00-dək, Yeni il bayramının birinci günü saat 10:00-dan saat 17:00-dək, Novruz bayramının birinci günü saat 10:00-dan saat 17-dək ünsiyyətdə olmasına maneə cavabdehə və onunla yaşayan digər şəxslərə qadağan edilmiş, qərardadın icrası Oğuz rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 138 / 2024 nömrəli qətnaməsinə əsasən birgə nikahdan 30 may 2009-cu il tarixdə anadan olmuş X7 və 08 avqust 2010-cu il tarixdə anadan olmuş X5 cavabdeh Şəxs himayəsində saxlanılmışlar. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsinə almış və icraya yönəldilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 138 / 2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə qüvvəyə mindiyindən xx.xx.2024-cü il tarixli 16 (054) - 3 / 2024 nömrəli qərardadı həmin tarixdə öz qüvvəsini itirmişdir. Həmin qərardad qüvvədən düşdüyü və uşaqla ünsiyyət barədə qüvvədə olan başqa məhkəmə aktı olmadığına görə borclu Şəxs Zərərçəkmiş şəxs övladları ilə ünsiyyətdə olmasına maneə törətməsi məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-149/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-149/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver