Məhkəmə qərarları › İş №3(054)-150/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-150/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-150/2024 01.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Yaqublu kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, "xxxx" MMC-də sosial işçi kimi çalışan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı uşaq tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 adlı uşaqların cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini icra etməmişdir. Borclu tələbkarla əlaqə saxladıqda ona uşaqları heç vaxt verməyəcəyini bildirmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, məhkəmə qərarının icrasından boyun qaçırmır. Belə ki, o tələbkarın birgə nikahdan dünyaya gəlmiş övladlarının təhlükəsizliyini təmin edəcəyi təqdirdə uşaqları ona verməyə razıdır. Hazırda tələbkar dini təriqət üzvü olan bir şəxslə faktiki nikah münasibətindədir və onun evində yaşayır. Tələbkarın özünün şəxsi evi olmadığına və onun yaşadığı mühit uşaqlara mənfi təsir edəcəyinə görə narahatdır. Tələbkar onun tələbinə uyğun qaydada yaşamadığı təqdirdə qətnamənin icrasından imtina edir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, tələbkar 2021-ci il tarixdən 3 il ərzində uşaqları ilə maraqlanmamışdır. Uşaqlar hazırda atalarına daha çox bağlılıq göstərirlər. Borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, o, övladlarının borcludan alınaraq onun himayəsinə verilməsini tələb edir. Buna baxmayaraq borclu qətnamənin icrasından boyun qaçırır. Övladlarının əgər onlar da istəsələr onunla birlikdə gedə biləcəklərini dediyi halda uşaqlara psixoloji təsir göstərir və uşaqlar atalarından qorxub çəkindikləri üçün onunla getməkdən imtina edirlər. Eyni zamanda, o heç kimlə rəsmi və ya qeyri-rəsmi nikah münasibətinə daxil olmamışdır və tək yaşayır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2 (054) - 163 / 2021 nömrəli qərardadının surətindən görünür ki, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş həmin qərardadla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 adlı uşaqların cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Oğuz Rayon Məhkəməsinin 2 (054) - 163 / 2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2021-ci il tarixdə icra edilmiş, uşaqlar xx.xx.2021-ci il tarixdə borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs təhvil verilmiş, tələbkarın xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən icra orqanı tərəfindən icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş, qərar digər icra sənədləri ilə birgə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli məktubla icra vərəqəsi icra edildiyi üçün məhkəməyə qaytarılmışdır. Tələbkar Zərərçəkmiş şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın davam etdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 163 / 2021 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Qərardadın qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi vaxtdan sonra keçən 5 (beş) aya yaxın müddət ərzində borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədini indiyədək icra etməməsini tələbkarın yaşayış şəraiti ilə izah etməyə çalışımış, izahatında qeyd etdiyi xüsusatların əsası kimi isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, azyaşlı uşaqların məhz Zərərçəkmiş şəxs yanında qalmalı olduqları və bunun bilavasitə uşaqların da mənafeyinə uyğun olduğu qəbul edilmiş məhkəmə qətnaməsi ilə də təsbit edilmişdir. Eyni zamanda borclu uşaqları analarına verməyə razı olduğunu bildirsə də, iş materiallarından görünür ki, o icranın təmin edilməsi ilə əlaqədar Oğuz rayon İcra və Probasiya Şöbəsində təşkil olunan proseslərdə uşaqları tələbkara verməkdən imtina edərək onları analarına qaytarmayacağını bildirmişdir. Məhkəmə qeyd edilən hallara məcmu halında və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri ilə əlaqəli şəkildə qiymət verərək həmin halları qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə, habelə hazırki vəziyyətdə Şəxs faktiki olaraq himayəsində azyaşlı övladlarının olduğuna görə inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimə məbləğinin 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar