Məhkəmə qərarları › İş №3(054)-151/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-151/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-151/2022 13.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Zərrab kəndində anadan olmuş, həmin kənddə yaşayan, öz deməsinə görə işsiz və il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiallara Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 136 / 2020 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 3010 manat tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 135 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs 5 ton taxıl (buğda məhsulu), həmin əmlak olmadıqda isə onun dəyəri olan 1000 manat məbləğində pul alınaraq iddiaçı X5, 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 136 / 2020 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 135 / 2021 nömrəli qətnamələrinə dair icra sənədləri bir icraatda birləşdirilmişdir. Qeyd olunan işlər üzrə icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 136 / 2020 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 135 / 2021 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə borclu Şəxs tələbkarlara olan borcları ödənilməmiş qaldığına görə borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək ondan izahat alınmış və o, tələbkarlara olan borcların ödəniləcəyi ilə bağlı yazılı iltizam vermişdir. Buna baxmayaraq o, borc məbləğlərini ödəmədiyindən, icra məmurunun çağırışlarına da gəlməməklə onun qanuni tələblərinə əməl etmədiyindən barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu həmin qərar əsasında polis əməkdaşları vasitəsilə gətirilmişdir. Qeyd olunan icra sənədləri üzrə Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs - Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 136 / 2020 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 135 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildirişlər göndərilmiş, lakin borclu icra sənədlərini vaxtında icra etməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, onun yerni müəyyən etmək mümkün olmamış, bu səbəbdən də barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 136 / 2020 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 135 / 2021 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə tələbkarlara indiyədək cəmi 500 manat ödəmişdir. Hazırda həmin icra sənədləri üzrə borclunun tələbkarlara ödəməli olduğu borc məbləği cəmi 3510 manat təşkil edir. Həmin icra sənədləri üzrə müvafiq orqanlara sorğular göndərilmiş, lakin Şəxs məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və qiymətli əşyalar aşkar edilməmişdir. Borclu həmin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə əvvəllər də xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Borclu hazırda da qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə, icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə tələbkarlara ödəməli olduğu borc məbləğindən indiyədək cəmi 500 manat ödəmişdir. Borc məbləğlərini maddi imkansızlıq üzündən tam şəkildə ödəyə bilməmişdir. Onun himayəsində üç azyaşlı uşağı vardır və maddi vəziyyəti aşağı səviyyədədir. Daimi iş yeri olmadığından və hər hansı gəlir əldə etmədiyindən həmin icra sənədlərini icra edə bilməmişdir. Borc məbləğlərini hissə-hissə ödəmək istəyir. O, borclu olduğu icra sənədlərindən 700 manat borcu qaldığı icra sənədini 10 gün ərzində tamamilə icra edəcək, digər icra sənədi üzrə də 200-300 manat ödəniş edəcəkdir. O, bir müddət Oğuz rayonundan kənarda olduğundan, İcra və Probasiya Şöbəsinə dəvət edilməsi ilə bağlı bildirişlər barədə məlumatı olmamış və bu səbəbdən icra məmurunun çağırışlarına da gəlməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxslər - Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 136 / 2020 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 135 / 2021 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə tələbkarlar X4 və X7 hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onlarla telefon vasitəsilə əlaqə saxladıqda hər biri borclunun onlara olan borcunun tam şəkildə ödənilməsini tələb etdiklərini bildirmişlər. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, cavabdeh Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 136 / 2020 nömrəli qətnaməsinə əsasən cəmi 3010 manat tutularaq iddiaçı X2, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 135 / 2021 nömrəli qətnaməsinə əsasən isə 5 ton taxıl (buğda məhsulu), həmin əmlak olmadıqda isə onun dəyəri olan 1000 manat məbləğində pul alınaraq iddiaçı X5, 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qərarları qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin işlər üzrə icra sənədləri bir icraatda birləşdirilmişdir və hazırda qeyd olunan icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Həmin icra sənədləri üzrə borclu Şəxs indiyədək cəmi 500 manat ödəmiş, hazırda onun tələbkarlara ödəməli olduğu borc məbləği cəmi 3510 manat təşkil edir. İcra məmuru həmin icra sənədlərinin icrası ilə əlaqədar müvafiq tədbirlər görmüş, lakin borclu icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, yalnız onun barəsində axtarış elan edildikdən sonra polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, həmin qərarlar üzrə icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. O həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətalarda onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs etməyi, tələbkarlara ödənilməli olan vəsaitin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 10 gün müddətində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar