Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-151/2024 02.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Patrul Xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Oğuz rayonu Qumlaq kəndində qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə əsasən il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Oğuz şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Patrul Xidməti inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinə daxil olmuş məlumat və videogörüntü əsasında onun tərəfindən araşdırma aparılmışdır. Toplanmış material üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri ərazisində avtoxuliqanlıq etmiş, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli olaraq mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmışdır. Eyni zamanda, həmin inzibati xəta hadisəsi kənardan başqa şəxs tərəfindən lentə alınmış və Şəxs tərəfindən məqsədyönlü şəkildə “Tik-tok” sosial şəbəkəsində paylaşılmışdır. Beləliklə həmin sosial platformun digər istifadəçiləri üçün də yaxşı örnək təşkil etmir. Şəxs avtoxuliqanlıq etməsi faktı üzrə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Qumlaq kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə o, dostunun toy məclisinə gedərkən avtomobili ilə istəməyərəkdən hərəkətlər etmişdir. Həmin vaxt onun avtomobilini kənardan tanımadığı şəxs lentə almışdır. O, həmin şəxsi taparaq videogörüntünü əldə etmiş və sosial şəbəkədə paylaşmışdır. Onun məqsədi avtomobili və videodakı səsi deyil, dostunun toy məclisini paylaşmaq olmuşdur. O, bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə etdiyi hərəkət avtoxuliqanlıq hesab edilə bilməz, çünki yalnız bir epizod mövcuddur, hərəkətlər davamlı deyil və cəmiyyətə hər hansı hörmətsizlik edilməmişdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli izahatda Şəxs qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, qırmızı rəngli ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə dostunun toy mərasimində digər avtomobillərlə birlikdə kalon şəklində Oğuz şəhəri ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərini buraxaraq avtoxuliqanlıq hərəkətləri etmiş və bu hərəkətlər digər tanımadığı şəxs tərəfindən videoçəkilişlə qeydə alınaraq “Tik-tok” sosial şəbəkəsində yerləşdirilmişdir. O, etdiyi əməldən peşmandır və söz verir ki bir də belə hallara yol verməyəcəkdir. Oğuz rayon X5 Patrul Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, inzibati xəta hadisəsi baş verərəkən qeydə alınan video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi ** DC *** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai yerdə (müxtəlif yollarda) yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli olaraq mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmışdır. Məhkəmə araşdırması zamanı iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Oğuz rayonu ərazisində avtoxuliqanlıq etmiş, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli olaraq mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmışdır. Bu fakt təqdim edilmiş video görüntü ilə də öz təsdiqini tapmışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında hadisənin qəflətən olduğunu, videonu başqa şəxsin qeydə aldığını və həmin şəxsi taparaq dostunun toy məclisini paylaşmaq üçün sosial şəbəkəyə yüklədiyini qeyd etsə də, məhkəmə həmin mülahizələri inandırıcı hesab etmir. Belə ki, təqdim edilmiş video görüntüdən ictimai qaydanı pozan hərəkətlərin bir neçə dəfə müxtəlif yerlərdə təkrarlandığı aşkar şəkildə müəyyən edilir. Eyni zamanda, həmin görüntüləri başqa şəxs lentə alsa da, Şəxs onu özünün sosial şəbəkədə paylaşdığını etiraf edir. Sözü gedən video görüntüdə toy məclisi ilə əlaqədar hər hansı kadr da öz əksini tapmamış, yalnız Şəxs idarə etdiyi avtomobilin hərəkəti qeydə alınmışdır. Belə olduğu təqdirdə onun məhkəmə iclasındakı izahatında qeyd etdiyi məqsədlə videonu sosial şəbəkədə paylaşması şübhə doğurur. Həmçinin, o törətdiyi əməli Oğuz rayon Polis Şöbəsində verdiyi izahatında da etiraf etmişdir. Bundan əlavə, video “Tik-tok” sosial şəbəkəsində paylaşılmaqla geniş əhali kütləsi üçün əlçatan olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi hərəkətə görə məsuliyyətdən kənarda qalması gələcəkdə onun özü və başqa şəxslər tərəfindən eyni hərəkətlərin təkrarlanmasının təşviq edilməsinə səbəb ola bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və müdafiəçinin fkrini nəzərə alaraq qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci və 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-151/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-151/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver