Məhkəmə qərarları › İş №3(054)-155/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-155/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-155/2025 10.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki AC , o, həmin xəstəxanada hüquqşünas vəzifəsində işləyir. “QAZ 221721 TƏCİLİ YARDİM” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə təhvil-təslim aktı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki “Respublika Təcili və X4 Mərkəzi” publik hüquqi şəxsin balansına verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 328.2-ci maddəsində göstərilən inzibati xətanın törədildiyi zaman, yəni xx.xx.2024-cü il tarixdə həmin avtomobil xəstəxanın balansında olmamış, bu səbəbdən Oğuz rayon Polis Şöbəsi tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən heç bir inzibati xəta törədilmədiyi halda Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi barəsində yenə də xx.xx.2025-ci il tarixdə Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən Oğuz Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Oğuz ŞRPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat bildirilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəblərini bildirməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə QAZ 221721 TƏCİLİ YARDİM markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarının pozulması ilə bağlı Oğuz Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsə bildiriş göndərilərək həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs barəsində məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda, Oğuz Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş əmrlərin, məktubların və təhvil-təslim aktının məzmunundan görünür ki, QAZ 221721 TƏCİLİ YARDİM markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki “Respublika Təcili və X4 Mərkəzi” publik hüquqi şəxsin balansına verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin barəsində tərtib olunmuş hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə həmin hüquqi şəxsin özünün mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi qeyd edilsə də, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edildi ki, QAZ 221721 TƏCİLİ YARDİM markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Oğuz rayon Polis Şöbəsi tərəfindən Oğuz Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsə göndərilən bildirişlər yanlış olaraq tərtib olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə QAZ 221721 TƏCİLİ YARDİM markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydaları pozularkən həmin avtomobil Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin balansında olmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından həmin hüquqi şəxsin barəsində qeyd olunan maddədə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar