Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-159/2022 20.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, öz deməsinə görə orta təhsilli və işsiz, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 98 / 2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, fərdi identifikasiya nömrəsi 0TTG2AQ Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Oğuz rayon X6 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz şəhəri H.Əliyev prospektində ucadan ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmadığı üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tələbləri pozulmşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz şəhəri H.Əliyev prospektində ucadan ünvansız nalayiq ifadələr işlədərkən Oğuz rayon Polis Şöbəsinin əməkdaşları X5 və X4 yaxınlaşaraq onu intizama dəvət etmişlər. Lakin Şəxs öz hərəkətlərini davam etdirmiş, bundan sonra o, polis əməkdaşları tərəfindən Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Həmin fakt əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ailə üzvlərinə əsəbiləşib evdən çıxdığından Oğuz şəhəri H.Əliyev prospektində olarkən ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışlar. Lakin o, əsəbi vəziyyətdə olduğundan öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Oğuz rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarından bunun səbəbini soruşmuş, daha sonra polis əməkdaşları onu Oğuz rayon Polis Şöbəsinə gətirmişlər. O, küçədə nalayiq ifadələr işlətdiyinə görə əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ancaq polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Himayəsində yetkinlik yaşına çatmayan uşaqları vardır. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşı X4 ilə birlikdə Oğuz şəhərində xidmətdə olarkən, sonradan tanıdığı Şəxs Oğuz şəhəri H.Əliyev prospektində ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar Şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onu intizama dəvət etmişlər. Lakin Şəxs öz hərəkətlərini davam etdirmiş, bundan sonra o, Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etsə də, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etməmiş, onlara tabesizlik göstərməmiş, yalnız Polis Şöbəsinə dəvət edildiyi zaman bunun səbəbini soruşmuşdur. İş üzrə şahid qismində izahat verən X4 da şahid və X2 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz şəhəri H.Əliyev prospektində olarkən ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs polis əməkdaşları onu intizama dəvət etdikdən sonra da nalayiq ifadələr işlətməkdə davam etməsi, həmçinin, Polis Şöbəsinə dəvət edildiyi zaman polis əməkdaşlarından bunun səbəbini soruşması, bu zaman ucadan səs-küylə danışmış olsa belə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi onun öz izahatı ilə yanaşı, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının özlərinin izahatı ilə də təkzib edilmişdir. Qeyd olunan faktlar məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən o, yalnız həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 98 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi isə həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq isə inzibati cərimənin həmin maddədə müəyyən edilmiş cərimə məbləğinin yuxarı həddində - 100 manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X6 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında inzibati cərimə edilsin. Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-159/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-159/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver