Məhkəmə qərarları › İş №3(054)-16/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-16/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-16/2023 26.01.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra Şöbəsinin rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1979-cu il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 56 / 2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2004-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı X3 verilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 56 / 2014 nömrəli məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 56 / 2014 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında icra etməmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, ancaq borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Boclu 2014-cü ildən indiyədək aliment borcunu ödəməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun hazırda tələbkara 5200 manat aliment borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 56 / 2014 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkara ödəməli olduğu alimenti maddi imkansızlıq üzündən tam şəkildə ödəyə bilməmişdir. Həmin icra sənədi üzrə onun hazırda tələbkara cəmi 5200 manat aliment borcu yaranmışdır. O, tələbkarla boşandıqdan sonra yenidən ailə qurmuş və hazırda himayəsində iki azyaşlı uşağı vardır, onlardan birinin hələ bir yaşı vardır. Eyni zamanda, o, epilepsiya xəstəsidir. Maddi vəziyyətinə görə bundan sonra da həmin borcu qısa müddət ərzində ödəmək imkanı yoxdur, həmin borcu hissə-hissə ödəyəcəkdir. Eyni zamanda, onun icra məmurunun çağırışlarından yayınmaq niyyəti də olmamışdır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu xəstədir və himayəsində iki azyaşlı uşağı vardır. Fəhləlik edərək qazanc əldə etdiyindən hazırda qış olduğu üçün işləyə bilmir. Eni zamanda onun icra məmurunun çağırışlarından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, borclu Şəxs ilə aralarında bağlanmış nikah pozularkən uşağın onun yanında qalması müəyyən edilmişdir. Borclunun hazırda ona cəmi 5200 manat aliment borcu vardır. O, hazırda borcludan həmin aliment borcunu ödəməsini tələb edir və borcun hissə-hissə ödənilməsinə də razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 56 / 2014 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borclunun hazırda tələbkara cəmi 5200 manat aliment borcu vardır. Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs himayəsində azyaşlı övladlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, tələbkarın mövqeyini, habelə hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar