Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-160/2022 26.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımının YPX inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində (velosipedçilər və moped idarə edən şəxslər tərəfindən; at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması; bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsi)nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması ilə ifadə olunan inzibati xəta hadisəsi nəzərdə tutulur. Hazırki inzibati xəta haqqında protokolda isə inzibati xətanın mahiyyəti və məzmunu hissəsində hər hansı qeyd edilməmişdir, bu səbəbdən Şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin konkret olaraq hansı əməldə ifadə olunması, inzibati xəta hadisəsinin törədilməsində onun təqsirinin nədən ibarət olması aydın deyildir. Eyni zamanda, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində nəzərdə tutulmuş, göstərilməsi zəruri olan bütün məlumatlar da öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Hazırki işin materiallarında olan inzibati xəta haqqında protokoldan isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə şahidlər və zərərçəkmişlər olduğu halda, onların izahatları, adı, atasının adı, soyadı, yaşadıqları yerin ünvanı, habelə, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar protokolda qeyd edilməmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən, izahatlardan və digər sənədlərdən də törədilmiş inzibati xətanın nədən ibarət olması, hadisənin baş verməsində kimin və nədə təqsirli olması müəyyən edilmir. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəymiş olsa belə, avtomobilin sürücü X2 hadisənin baş verməsinin qarşısının alınması üçün texniki imkanının olub-olmaması, sürücünün hərəkətləri (hərəkətsizliyi) ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin mövcudluğunun, habelə, avtomobilə məhz Şəxs hüquqa zidd hərəkəti nəticəsində maddi ziyan dəyməsinin araşdırılması məqsədi ilə iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməmişdir. Halbuki, mövcud vəziyyətdə belə bir ekspertiza təyin etmədən kimin və nədə təqsirli olduğunu dəqiq müəyyən etmək mümkün deyildir. Qeyd olunan xüsusatların araşdırılması Şəxs əməlində inzibati xəta tərkibinin (və ya məhz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin) olmasını istisna edə biləcəyi ehtimalını yaradır və bu hazırki işin nəticəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Bundan əlavə, Şəxs izahatında ona məxsus inəklər yolda X2 idarə etdiyi avtomobillə vurulduqdan sonra həmin şəxsin və onun avtomobilindəki sərnişinlərin ona hücum etdiklərini, əl-qol ataraq köynəyini cırdıqlarını, bu zaman orada olan Azər Rüstəmov adlı şəxsin bu şəxslərin qarşısına keçərək onu həmin şəxslərin əlindən aldığını qeyd etmişdir. Lakin həmin faktlara hüquqi qiymət verilməmiş, bununla bağlı X4 və onun idarə etdiyi avtomobildə olan sərnişinlərin əməlində hər hansı hüquqa zidd hərəkətlərin olub-olmaması araşdırılmamış, adı çəkilən sərnişinlərin və Azər Rüstəmov adlı şəxsin izahatı alınmamış, ümumiyyətlə, onların şəxsiyyəti müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımının YPX inspektoru X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımına qaytarılsın. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-160/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-160/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver