Məhkəmə qərarları › İş №3(054)-160/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-160/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-160/2025 07.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2 iştirakı ilə xx.xx.1999-cu il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, işsiz, əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (054) - 162 / 2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli qətnaməsinə əsasən Şəxs hər ay 60 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs ödənilən alimentin miqdarı artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs 1700 (bir min yeddi yüz) manat pul və 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bundan başqa, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 288 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay 130 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 19 may 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Hər üç icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2025-ci il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli qətnamələri üzrə icra sənədlərinə münasibətdə təkrar törətdiyinə, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 288 / 2023 nömrəli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli, xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 288 / 2023 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra sənədləri ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir və onun hazırda tələbkara cəmi 8377 manat ödənilməmiş borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, tələbkarla 2016-2022-ci illər ərzində faktiki nikah münasibətlərində olmuş və onların birgə nikahından bir oğlu dünyaya gəlmişdir. O, tələbkarla birlikdə yaşadığı dövrdə tələbkar onunla pis rəftar etmiş, işgəncə vermiş, onu kafelərdə işlədərək qazancını da əlindən almışdır. Onun uşağa baxmaq üçün maddi imkanı zəif olduğundan uşağı tələbkara vermək məcburiyyətində qalmışdır. Sonra isə uşağın saxlanması üçün aliment təyin edilmişdir. Tələbkar onu aldadaraq məhkəmə prosesi zamanı necə izahat verməli olduğunu demiş, o da o cür izahat vermişdir. O, hazırda isə xəstədir və işləmə qabiliyyəti yoxdur. Onun hazırda tələbkara cəmi 8377 manat borcu yaranmışdır. Onun hazırki vəziyyətdə yaranmış borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, maddi imkanları daxilində və aliment borcunun ödənilməsində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 qeyd etdi ki, borclu uzun müddət işsiz olması və maddi imkanının olmaması səbəbindən borcunu ödəyə bilməmişdir. Eyni zamanda tələbkar borcluya qarşı cinayət tərkibli hərəkətlərə yol vermişdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq hazırki işə baxılması üzrə məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 162 / 2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 14302973 nömrəli Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Şəxs “Dağınıq skleroz” xəstəsidir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli qətnaməsinə əsasən Şəxs hər ay 60 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilən alimentin miqdarı artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs 1700 (bir min yeddi yüz) manat pul və 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 288 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay 130 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 19 may 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. O həmin icra sənədləri üzrə qismən ödəniş etmiş və hazırda onun tələbkarlara cəmi 8377 manat ödənilməmiş borcu qalmışdır. İcra məmuru həmin icra sənədlərinin icrası ilə əlaqədar müvafiq tədbirlər görmüş, lakin borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, həmin qərarlar üzrə icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli qətnamələrinə dair icra sənədi üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 162 / 2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Dağınıq skleroz” xəstəsi olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, yüngülləşdirici halı, habelə ona inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etməyi, ödənilməli olan borcun məbləğini nəzərə alaraq inzibati cərimənin 1000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 1000 (min) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar