Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-161/2022 27.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Şəki rayonu Qayabaşı kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, subay, öz deməsinə görə iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan və il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi 5AXD1BQ Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Oğuz rayon Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin baş inspektoru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz rayon Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Oğuz rayonu Xaçmaz Qışlaq kənd sakini Sadiq Məmmədov adlı şəxsin mal-qarasına çobanlıq edir, həmin şəxsə məxsus yaşayış sahəsində arvadı və iki uşağı ilə birlikdə yaşayır. Qeyd olunan yaşayış sahəsində onun bacısı, bacısının əri və onların dörd uşağı da yaşayır. O, Sadiq Məmmədovdan iribuynuzlu heyvan almış və buna görə ona cəmi 1800 manat borcu yaranmışdır. Sadiq Məmmədov ona aylıq zəhmət haqqı kimi verməli olduğu 400 manat puldan 200 manatını nağd olaraq verir, qalan 200 manatı isə aldığı heyvana görə yaranmış borcdan çıxır. Hazırda onun Sadiq Məmmədova 900 manat borcu vardır. xx.xx.2022-ci il tarixdə telefonla danışarkən söhbət əsnasında Sadiq Məmmədov ona 1000 manat borcu olduğunu demiş, bundan sonra o, Sadiq Məmmədova artıq onunla işləmək istəmədiyini bildirmişdir. O, telefonda Sadiq Məmmədovla acıqlı və kobud danışmış, Sadiq Məmmədov da onu söyüb təhqir etmişdir. Bundan sonra onun arvadı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, Sadiq Məmmədov da guya onlar yaşadıqları evi dağıtdıqlarına və yarasız vəziyyətə saldıqlarına onların barəsində Polis Şöbəsinə şikayət etmişdir. Əslində isə onlar yaşadıqları evi Sadiq Məmmədovdan həmin vəziyyətdə qəbul etmişlər və evi onlardan əvvəl həmin evdə yaşayan şəxslər yarasız vəziyyətə salmışlar. Həmin məlumatla bağlı onları Oğuz rayon Polis Şöbəsinə dəvət etmişlər, ancaq arvadı xəstə olduğundan Polis Şöbəsinə o özü getmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 10:15 radələrində Polis Şöbəsinə gəldiyi halda, onu izahat almaq üçün yalnız saat 12 radələrinə qəbul etmişlər. Polis Şöbəsində çox gözlədildiyi üçün izahat verən zaman izahatının alındığı otaqda ünvansız nalayiq ifadələr işlətmişdir. Başqa polis əməkdaşları da otağa gələrək onu nizam-intizama dəvət etsələr də, o, əsəbi vəziyyətdə olduğundan özünü ələ ala bilməmişdir. Polis əməkdaşları ona törətdiyi əməlin qanun pozuntusu olduğunu izah etdikdən sonra etdiyi əməldən peşman olmuşdur. O, polis əməkdaşlarına qarşı etdiyi kobud hərəkətlərə görə onlardan üzr istəyir, eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə də əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Himayəsində iki azyaşlı uşağı vardır. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin təhqiqatçısı X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Oğuz rayonu Xaçmaz Qışlaq kənd sakini X5 ona məxsus yaşayış sahəsinin Şəxs və ailə üzvləri tərəfindən dağıdılaraq yarasız vəziyyətə salınması barədə şikayət ərizəsi ilə Polis Şöbəsinə müraciət etmişdir. Həmin müraciətin araşdırılması ilə əlaqədar Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz rayon Polis Şöbəsinə dəvət edilmişdir. Şəxs Polis Şöbəsinin inzibati binasında, onun xidməti otağında olarkən ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, bununla da onun xidməti fəaliyyətinə maneə törətməklə yanaşı, ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu zaman Oğuz rayon Polis Şöbəsinin məsul növbətçisi X4-küy eşidib onun xidməti otağına gələrək Şəxs nizam-intizama dəvət etməklə törətdiyi əməlin qanun pozuntusu olduğunu ona izah etsə də, Şəxs öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə də tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli AZ 000549 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Oğuz rayon Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan hesablanmalı, Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilməli, inzibati həbsin əvvəli xx.xx.2022-ci il tarixli AZ 000549 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2022-ci il tarixdə saat 12:35-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X8 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2022-ci il tarixli AZ 000549 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2022-ci il tarixdə saat 12:35-dən hesablansın. İnzibati həbs müddəti xx.xx.2022-ci il tarixdə saat 12:35-də başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-161/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-161/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver