Məhkəmə qərarları › İş №3(054)-162/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-162/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-162/2022 10.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Ayaqqabı aləmi” adlı sahibkarlıq obyektinin sahibi Şəxs həmin obyektdə ölçüsü 1,4 kv.metr olan 1 ədəd fasad reklamının icazəsiz yerləşdirməsi və yayımı faktı üzrə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs sahibi olduğu, Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Ayaqqabı aləmi” adlı sahibkarlıq obyektinə xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən həmin obyektdə ölçüsü 1,4 kv.metr olan 1 ədəd fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Bununla bağlı fotoşəkil çəkilərək və müvafiq akt tərtib edilərək imzalanmış, lakin Şəxs aktın tərtib edilməsində iştirak etmək üçün telefon vasitəsilə obyektin olduğu yerə dəvət edilməsinə baxmayaraq həmin yerə gəlməmişdir. Qeyd olunan aktın və icrası məcburi olan göstərişin surəti xx.xx.2022-ci il tarixdə Şəxs rəsmi qaydada göndərilməklə fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması ondan tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə aktı və icrası məcburi olan göstərişi almış, lakin icrası məcburi olan göstərişin tələblərinə əməl etməmişdir. xx.xx.2022-ci il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin fasad reklamının əvvəlki yerində olduğu aşkar edilmiş, bununla bağlı yeni fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. Şəxs fasad reklamlarının yerləşdirilməsi üçün rəsmi icazə sənədi almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə müvafiq orqana müraciət etmiş, bundan sonra ona müqavilə bağlamaq üçün ödəniş etməsinə görə hesab nömrəsi verilmişdir. Hesab nömrəsi qeyd edilən vərəqədə icazə sənədinə görə ödənilməli olan məbləğ də göstərilmişdir. Bununla əlaqədar Şəxs ilə telefon vasitəsilə də əlaqə saxlanılaraq məlumat verilmişdir. Lakin Şəxs həmin məbləği ödəməmiş, bu səbəbdən onunla müqavilə də bağlanmamışdır. Şəxs fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almadığına və reklam yayımını dayandırmadığına, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun surəti Şəxs rəsmi qaydada göndərilmişdir. Şəxs fasad reklamını indiyədək də sökməmiş, bununla da, icrası məcburi olan göstərişi icra etməmiş, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs inzibati qaydada təhbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Ayaqqabı aləmi” adlı sahibkarlıq obyektinin sahibidir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən onun sahibi olduğu obyektə baxış keçirilərkən o həmin vaxt obyektdə olmamışdır. Sahibkarlıq obyektinin qarşısında fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almalı olduğunu bilir və bununla bağlı rəsmi icazə sənədi almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə müvafiq orqana müraciət edərək müqavilə də bağlamışdır. Ancaq icazə sənədinə görə ödənilməli olan məbləği hansı hesaba ödəməli olduğu barədə Reklam İdarəsi tərəfindən ona hesab nömrəsi verilməmişdir. Onun barəsində protokol tərtib edilərkən də qeyd edilən məbləği ödəmək istədiyini bildirmiş, lakin Reklam İdarəsi tərəfindən buna razılıq verilməmişdir. Bu səbəbdən həmin məbləği indiyədək də ödəməmişdir. Törətdiyi inzibati xətaya görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə işin mübahisələndiriməyən halları olaraq müəyyən edildi ki, Şəxs sahibi olduğu, Oğuz şəhəri Cavanşir küçəsində yerləşən “Ayaqqabı aləmi” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən həmin obyektdə ölçüsü 1,4 kv.metr olan 1 ədəd fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti xx.xx.2022-ci il tarixdə Şəxs rəsmi qaydada göndərilməklə fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə aktı və icrası məcburi olan göstərişi almış, lakin icrası məcburi olan göstərişin tələblərinə əməl etməmişdir. xx.xx.2022-ci il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin fasad reklamının əvvəlki yerində olduğu aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs sahibi olduğu obyektin qarşısında fasad reklamının yerləşdirilməsi üçün rəsmi icazə sənədi almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə müvafiq orqanla müqavilə bağladığını bildirsə də, işin məhkəmədə müəyyən edilmiş faktiki halları və Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin məhkəmə iclasında iştirak edən nümayəndəsinin, həmçinin, Şəxs özünün izahatları ilə müəyyən edildi ki, icazə sənədinə görə ödənilməli olan dövlət rüsumu məbləği Şəxs tərəfindən indiyədək də ödənilməmişdir. Bu səbəbdən də onun müqavilə bağlamaq barədə müraciəti nəzərə alınmamışdır. Şəxs sahibi olduğu obyektin qarşısında olan fasad reklamını da sökməmişdir. Hazırki işin materialları ilə həmin fasad reklamının Şəxs barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilənədək sökülmədiyi müəyyən edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Şəxs sahibi olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin xx.xx.2022-ci il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, Şəxs adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs tərəfindən vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan aşağı həddə - 1500 manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar