Məhkəmə qərarları › İş №3(054)-162/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-162/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-162/2024 04.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1999-cu il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli qətnaməsinə əsasən Şəxs hər ay 60 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs ödənilən alimentin miqdarı artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs 1700 (bir min yeddi yüz) manat pul və 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hər iki qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2023-cü il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbləri icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədi üzrə borcluya tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən bildiriş göndərilmiş, lakin borclu icra sənədləri üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkara Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 5980 (beş min doqquz yüz səksən) manat aliment borcu və məhkəmənin xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 837 (səkkiz yüz otuz yeddi) manat ödənilməmiş borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, hazırda daimi olaraq heç bir yerdə işləmir, lakin işlədiyi dövrdə 300 manat gəlir əldə edirdi ki, bu məbləğlə qaldığı kirayə evin ödənişini belə çətinliklə həyata keçirmişdir. Eyni zamanda, bu müddət ərzində tələbkar borcun hissə-hissə ödənilməsinə razı olmamışdır. Onun hazırda tələbkara cəmi 6817 manat ödənilməmiş borcu yaranmışdır. Hazırki vəziyyətdə yaranmış borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, ailə vəziyyəti və işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin vaxt verilərsə qalıq borcu hissə-hissə ödəyəcəkdir. Eyni zamanda, borclunun səhhətində ciddi problemlər vardır ki, bu da onun işləməyinə mane olur. Borclunun başqa gəlir mənbəyi də yoxdur. Tələbkarın isə maddi vəziyyəti yaxşıdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, dəfələrlə borcluya güzəşt etmişdir, lakin borclunun hazırda ona cəmi 6817 manat ödənilməmiş borcu vardır. O həmin məbləğin ödənilməsini tələb edir, borclu isə borcunu ödəməkdən boyun qaçırır. Borclu ona söz versə də, 2023-cü ildən indiyədək heç bir ödəniş etməmişdir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli qətnaməsinə əsasən borclu Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs 1700 (bir min yeddi yüz) manat pul və 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hər iki qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və bir icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə borclu qismən ödəniş etmiş və hazırda onun tələbkara Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 303 / 2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 5980 (beş min doqquz yüz səksən) manat aliment borcu və məhkəmənin xx.xx.2023-cü il tarixli 2 (054) - 27 / 2023 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 837 (səkkiz yüz otuz yeddi) manat ödənilməmiş borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, tələbkarın mövqeyini, habelə hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimə məbləğinin 500 manat müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar