Məhkəmə qərarları › İş №3(054)-163/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-163/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-163/2024 31.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2002-ci il tarixdə Oğuz rayonu Zərrab kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində yanğından mühafizə komandiri vəzifəsində işləyən, subay, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Şəki şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ əsasında idarə etdiyi “VAZ 21099” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu Sarıca kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək onunla eyni istiqamətində hərəkətdə olan, X1 idarə etdiyi “VAZ 21015” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə “VAZ 21015” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı toplanmış HK-1/119 nömrəli material üzrə Şəki şəhər-rayon X4 Bölməsinin təhqiqatçısı Əhməd Rəsullunun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21099” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X1 idarə etdiyi “VAZ 21015” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində o özü, digər avtomobildə sərnişin olan X2 dərəcəsi təyin edilməyən bədən xəsarətləri, həmin avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışlar. O, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etmiş və zərərçəkmiş şəxsin hazırda ondan hər hansı şikayət və ya tələbi yoxdur. Yol hərəkəti qaydalarını pozduğuna görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsi nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Şəxs onların avtomobilinin təmir və onların özünə dəymiş xəsarətlərin müalicəsi ilə bağlı xəstəxana xərclərini ödəmişdir. Bu səbəbdən Şəxs ilə barışıb razılıq əldə etmişdir və onun hazırda Şəxs hər hansı şikayəti və ya tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Şəxs və X3 xx.xx.2024-cü il tarixdə tibbi müayinədən keçirilərkən onların sərxoş olmadıqları müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ əsasında idarə etdiyi “VAZ 21099” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu Sarıca kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək onunla eyni istiqamətində hərəkətdə olan, X1 idarə etdiyi “VAZ 21015” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 21015” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs zərərçəkmiş şəxslə razılıq əldə etməklə törədilmiş inzibati xətanın zərərli nəticələrini aradan qaldırması və əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar