Məhkəmə qərarları › İş №3(054)-164/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-164/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-164/2025 11.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1983-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu Kərimli kəndində yaşayan, orta təhsilli, subay, qaynaqçı, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 327 / 2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 385 / 2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2017-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün X2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8 (054) - 52 / 2025 nömrəli qərardadına əsasən xx.xx.2017-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(054)-385/2023 saylı qətnaməsi ilə Şəxs X1 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 385 / 2023 nömrəli qətnaməsi üzrə icra sənədinə münasibətdə təkrar törətdiyinə, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8 (054) - 52 / 2025 nömrəli qərardadının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 385 / 2023 nömrəli qətnaməsi və xx.xx.2025-ci il tarixli 8 (054) - 52 / 2025 nömrəli qərardadına dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu icra sənədləri ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir və onun hazırda tələbkara cəmi 5135 manat ödənilməmiş borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o bir neçə icra vərəqəsi üzrə borclu olmuşdur. Sonuncu dəfə inzibati həbs edildikdən sonra təxminən 1200-1300 manat ödəniş etmişdir. Bu ay da 150 manat ödəniş etmişdir. O, gələn ayın 15-dən etibarən ayda 400-500 manat ödəyə bilər. O qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə tələbkara ödəməli olduğu borc məbləğini maddi imkansızlıq üzündən indiyədək tam şəkildə ödəyə bilməmişdir və hazırki vəziyyətdə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu uzun müddət işsiz olması və maddi imkanının olmaması səbəbindən borcunu ödəyə bilməmişdir. Eyni zamanda tələbkar borcluya qarşı cinayət tərkibli hərəkətlərə yol vermişdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X4 icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq hazırki işə baxılması üzrə məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 327 / 2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 12 gün müddətə inzibati həbs edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərar gəlir ki, Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8 (054) - 52 / 2025 nömrəli qərardadı üzrə icra vərəqəsi xx.xx.2025-ci il tarixdə icraya yönəldilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli tələbir icrası haqqında bildirişi xx.xx.2025-ci il tarixdə imza edərək qəbul etmişdir. Borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra sənədini indiyədək icra etmədiyinə görə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda borclunun öz borcunu ödəmədiyi, onun axtarış qərarı əsasında icra qurumuna gəldiyi qeyd edilmişdir. Lakin həmin protokolda və ona əlavə edilmiş sənədlərdə borclunun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun konkret olaraq hansı tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsi halları qeyd edilməmişdir. Belə hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda icra vərəqəsi yenicə icraya yönəldilmiş və borclu da tələbin icrası barədə bildirişi inzibati xəta haqqında protokol tərtib edilən gün, yəni xx.xx.2025-ci gün tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra olunmaması halında və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halında təqsirkar şəxslərə münasibətdə yaranır. Hazırki inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən, həmçinin, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tələb dərhal icra edilməli olsa da, borclu bildirişi qəbul etdiyi gün onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyindən icra üçün real imkan verilməmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iclasında tədqiq edilən sübutlarla həmçinin, müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 385 / 2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2023cü il tarixdən başlayaraq cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. O həmin icra sənədi üzrə qismən ödəniş etmiş və hazırda onun tələbkara cəmi 5135 manat ödənilməmiş borcu qalmışdır. İcra məmuru həmin icra sənədinin icrası ilə əlaqədar müvafiq tədbirlər görmüş, lakin borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, həmin qərar üzrə icra sənədini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 385 / 2023 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 327 / 2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi nəzərdə tutulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 20 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan –xx.xx.2025-ci il tarixdən saat 18:10-dan hesablansın. Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar