Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-165/2025 18.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Nümayəndə Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Oğuz rayonu Yaqublu kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, evli, işləyən, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz şəhər Notariat Ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 59,90 manat tutularaq Zərərçəkmiş şəxs2nə ödənilməsi qərara alınmışdır. İddiaçı Zərərçəkmiş şəxs3 Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Şəxs qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2 (054) - 176 / 2024 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1017,57 manat əsas borc, 17,45 manat faiz borcu - cəmi 1035,02 manat borc və 30,36 manat dövlət rüsumu məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Şəxs qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 643 / 2024 nömrəli qətnaməsinə alimentin bu qaydada tutulması 24 sentyabr 2024-cü il tarixdən hesab edilməklə cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 21 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 və 21 may 2014cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə verilməsi, Şəxs 56 manat alınaraq respublika büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Şəxs qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (107) - 248 / 2025 nömrəli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(054)-643/2024 nömrəli qətnaməsi “alimentin tutulması” hissəsində dəyişdirilmiş, 21 sentyabr 2011-ci il təvəllüdlü X2 və 21 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24 sentyabr 2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi Oğuz Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(054)-643/2024 nömrəli qətnaməsinin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən aliment və dövlət rüsumuna dair icra vərəqələri verilmişdir. Həmin işlər üzrə icra vərəqələri icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya Şöbəsnə göndərilmişdir. Həmin icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2025-ci il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Hazırki işə ilk dəfə mahiyyəti üzrə baxılarkən Oğuz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 3 (054) - 165 / 2025 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (054) - 165 / 2025 nömrəli qərarından apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (107) - 223 / 2025 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (054) - 165 / 2025 nömrəli qərarı ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (107) - 223 / 2025 nömrəli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin əvvəlki redaksiyasına istinad etmiş, 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi dəyişdirilərək yeni redaksiyada verilmişdir. Belə ki, yeni redaksiyada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin qüvvədə olan 528.1-c maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən Şəxs barəsində inzibati xəta haqqında protokolun icra məmurunun qanuni tələbinə əməl edilməməsi əsası ilə tərtib ediləcəyi təqdirdə sonuncunun inzibati məsuliyyətinin yaranacağını göstərmiş, lakin hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə istinad etməyərək yanlış nəticəyə gəlmişdir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İXMilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməmişdir. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (054) - 165 / 2025 nömrəli qərarı ləğv edilərək iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahat verərək göstərdi ki, Oğuz şəhər Notariat Ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2 (054) - 176 / 2024 nömrəli qətnaməsi və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (107) - 248 / 2025 nömrəli qətnaməsinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədlərini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Hazırki işə ilk dəfə məhkəmə iclasında baxılarkən borclunun icra sənədləri üzrə tələbkarlara cəmi 4196,28 manat ödənilməmiş borcu qalmışdır. Borclu sonradan tələbkar Zərərçəkmiş şəxs2nə olan borcunu tamamilə ödəmiş və tələbkar Zərərçəkmiş şəxs1 ilə aliment borcunun hər ay 200 manat ödənilməsi ilə bağlı razılığa gəlmişdir. Tələbkar Zərərçəkmiş şəxs3 Qapalı Səhmdar Cəmiyyətinə isə ödəniş edilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs inzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir, bəzən təsadüfi işlərdə çalışaraq günəmuzd qazanc əldə edir. tələbkar Zərərçəkmiş şəxs2nə olan borcunu tamamilə ödəmiş və tələbkar Zərərçəkmiş şəxs1 ilə aliment borcunun hər ay 200 manat ödənilməsi ilə bağlı razılığa gəlmişdir. Qeyd etdikləri nəzərə alınaraq barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirdi ki, borclu aliment borcundan hər ay 200 manat ödəyəcəyinə söz vermiş və bu barədə onunla razılığa gəlmişdir. Hazırda Şəxs hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək, eyni zamanda, tədqiq olunmuş sübutlara məcmu halında və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (107) - 223 / 2025 nömrəli qərarında qeyd edilənlərlə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oğuz şəhər Notariat Ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 59,90 manat tutularaq Zərərçəkmiş şəxs2nə ödənilməsi qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2 (054) - 176 / 2024 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1017,57 manat əsas borc, 17,45 manat faiz borcu - cəmi 1035,02 manat borc və 30,36 manat dövlət rüsumu məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 643 / 2024 nömrəli qətnaməsinə alimentin bu qaydada tutulması 24 sentyabr 2024-cü il tarixdən hesab edilməklə cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 21 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 və 21 may 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə verilməsi, Şəxs 56 manat alınaraq respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (107) - 248 / 2025 nömrəli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(054)-643/2024 nömrəli qətnaməsi “alimentin tutulması” hissəsində dəyişdirilmiş, 21 sentyabr 2011-ci il təvəllüdlü X2 və 21 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24 sentyabr 2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi Oğuz Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(054)-643/2024 nömrəli qətnaməsinin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Borclu hazırda tələbkar Zərərçəkmiş şəxs2nə olan borcunu tamamilə ödəmiş, tələbkar Zərərçəkmiş şəxs1 ilə borcun tezliklə ödənilməsi bağlı razılığa gəlmiş, tələbkar Zərərçəkmiş şəxs3 Qapalı Səhmdar Cəmiyyətinə olan borcundan isə ödəniş etməmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz şəhər Notariat Ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi üzrə icra vərəqəsini tam şəkildə icra etmişdir. Şəxs digər qanuni qüvvəyə minmiş qətnamələrə dair icra sənədlərini tam şəkildə icra etməsə də, öhdəliyini icra etmək üçün müəyyən addımlar atmışdır. Borclunun hər hansı gəlir mənbəyinin olmaması və maddi vəziyyətinin səviyyəsi onun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad edilməsinə əsas verməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, borcluya məxsus olan, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclunun icra qurumuna məcburi gətirilməsinin məqsədi də tələbkara olan borc məbləğlərinin ödənilməsini təmin etməkdən ibarət olmuşdur. Hazırda isə borclu icra sənədi üzrə tələbkara olan borcundan ödəniş etmiş, qalan məbləğin də tezliklə ödənilməsilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdir və zərərçəkmiş şəxsində ondan hər hansı tələbi və ya şikayəti yoxdur. Borclunun maddi imkansızlıq üzündən, yəni özündən asılı olmayan səbəblərə görə icra sənədini icra edə bilməməsi isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya onun icra sənədinin icra edilməməsində təqsirli olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədləri üzrə tələbi tam icra edə bilməməsini maddi imkanının olmaması ilə əsaslandırmış, lakin keçən məhkəmə iclasından ötən müddət ərzində bir icra sənədi tam ödəniş etmiş, digər icra sənədi üzrə tələbkarla razılığa gəlməklə aliment borcundan hər ay 200,0 manat ödəniş etməsi barədə razılığa gəlməsini və bununla da tələbin icrasından yayınmadığını bildirmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-165/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-165/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver