Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-169/2025 25.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1968-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində həyətyanı sahədə həmkəndlisi X3 qarşı nalayiq ifadələr işlətməsi faktı üzrə onun barəsində Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayon Bucaq kənd sakini X9 xx.xx.2025-ci il tarixdə X2 və onun ərinin onu söyüb təhqir etməsi barədə Oğuz rayon Polis Şöbəsinə ərizə ilə etdiyi müraciət əsasında onun tərəfindən araşdırma aparılmışdır. Toplanmış material üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X4 nalayiq ifadələr işlədərək təhqir etmiş, bu zaman Rəqsanə Səmədovanın qayınanası və qayınatası da orada olmuşdur. Beləliklə Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Rəqsanə Səmədova onun həmkəndlisidir. O, oğlu ilə birlikdə xx.xx.2025-ci il tarixdə təxminən, saat 22-23 radələrində özünə məxsus bağı arx suyu ilə suladığı zaman Rəqsanə Səmədovanın əri gələrək onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bir qədər sonra isə Rəqsanə Səmədova gəlmiş və ona qarğış etmişdir. Bu zaman o, Rəqsanəyə qarşılıq verməmişdir. Onlar arasında mübahisə ona məxsus bağda olmuşdur. Qonşular onlarda çox aralı olduğundan qonşular onların səslərini eşitmiyə də bilərlər. Bundan sonra isə o öz evinə qayıtmış, bir neçə gün sonra isə Oğuz rayon Polis Şöbəsinə bu barədə məlumat vermişdir. Onun bağ sahəsi evlərdən uzaqda yerləşdiyindən onlar arasında olan mübahisəni kiminsə eşidibeşitmədiyini bilmir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə o, bostanını sulamaq məqsədi ilə su arxına su buraxmış, lakin Şəxs arxın onun həyətyanı sahəsindən keçən hissəsinin qarşısını kəsmişdir. O, Şəxs suyun qarşısını açmağı təklif etsə də, Yunus sadəcə yarım saat suyu onlar tərəfə buraxsa da sonra yenidən qarşısını kəsmişdir. O və əri gecə təxminən saat 02 radələrində yenidən arxa su açmış, Şəxs eyni hərəkəti edərək suyun qarşısını kəsmişdir. Bu səbəbdən onlar mübahisə etməyə başlamış, mübahisə zamanı Şəxs ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman o da qarşılıq verərək eyni ifadələri Şəxs üçün işlətmişdir. Eyni zamanda, onlar arasında mübahisə baş verərkən ətrafda başqa şəxslər olmamışdır. İş materiallarına əlavə edilmiş X1 izahatında qeyd edilmişdir ki, Şəxs onunla qonşuluqda yaşayır. Yaxınlıqda yaşayan 6 ailənin tərəvəzi suvarmaq üçün istifadə etdiyi su ona məxsus bağdan keçir. Onlar özlərinə məxsus bağları suvarmaq üçün bütün yolları bağlayıb. 2 gün əvvəl gəlini Rəqsanə və oğlu Məhyəddin öz arxlarına su qoymaq üçün onun bağına getmişlər. Oğlu və gəlini suyu bağa qoyan zaman Elbrus onları bağda görüb nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs müraciəti əsasında Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində həyətyanı sahədə həmkəndlisi X6 qarşı nalayiq ifadələr işlətdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə Şəxs məxsus bağ sahəsinə getmiş, arx suyunun Şəxs tərəfindən qarşısının kəsilməsi ilə bağlı onlar arasında sözlü mübahisə olmuşdur. Şəxs xx.xx.2025-ci il tarixdə ictimai yerdə hər hansı şəxsi söyüb təhqir etməsi, nalayiq ifadələr işlətməsi, ucadan səs-küy salması və ya ictimai qaydanı pozan digər hər hansı hərəkətə yol verməsi-məsələn qonşuların həmin səs-küylə dincliklərinin pozulması və s. isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda, tərəflərin izahatından aydın olur ki, mübahisə gecə vaxtı olmuş, bağ sahəsi də yaşayış evlərindən uzaqda yerləşdiyi üçün digər şəxslər tərəfindən eşidilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib edən şəxs izahatında Rəqsanə Səmədovanın qayınatası və qayınanasının da hadisə yerində olduğunu qeyd etsə də, iş materiallarından görünür ki, yalnız Rəqsanə Səmədovanın qayınatası-Vəlyəddin Səmədovun izahatı alınmış, o da izahatında özünün də deyil, yalnız oğlu və gəlninin Şəxs bağına getdiyini qeyd etmişdir. Beləliklə aydın olur ki, heç həmin şəxsin özü də Şəxs və Rəqsanə Səmədova arasında olan mübahisənin bilavasitə şahidi olmamışdır. Şəxs və Rəqsanə Səmədova arasında sözlü mübahisə isə özü-özlüyündə xırda xuliqanlıq hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində “xırda xuliqanlıq” dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nəzərdə tutulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, hər hansı şəxsə qarşı digər qanunsuz hərəkətlər etməmişdir. Tərəflər arasında şəxsi münasibətlər zəminində özlərinin yaşadığı ünvanda sözlə mübahisə yaranması isə ictimai qaydanın pozulması və xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-169/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-169/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver