Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-17/2023 30.01.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra Şöbəsinin rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1971-ci il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 424 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, iddiaçı X1 mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdehlər Şəxs və X2 tərəfindən qeyri-qanuni zəbt edilmiş 17,5 kv.metrdən ibarət hissəsi mütəxəssis rəyində və torpaq sahəsinin sxematik planında qeyd edilənlərə uyğun olmaqla boşaldılaraq iddiaçıya qaytarılması, evə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun 40 metr uzunluğunda, 4 metr enində açılması, cavabdehlər Şəxs və X2 tərəfindən inşa edilmiş tikilinin ümumi istifadədə olan yolun ərazisinə düşən hissəsinin, yolun üzərində qoyulmuş darvaza və qapının cavabdehlərin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 424 / 2021 nömrəli məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 424 / 2021 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini tam şəkildə icra etməmişdir. Belə ki, o, sökülməli obyektlərin yalnız bir hissəsini sökmüşdür, hazırda yol yerinin tam şəkildə açılmasına maneə yaradır, çünki yolu kəsən tövlənin bir hissəsi borclu tərəfindən sökülməlidir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 424 / 2021 nömrəli qətnaməsini ona məxsus torpaq sahəsi ölçülüb yerində ona göstərilmədiyi üçün tam şəkildə qəbul etməməsinə baxmayaraq icra sənədi üzrə öhdəliklərini yerinə yetirmiş və qətnamədə göstərilən obyektləri öz hesabına sökmüşdür. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Qeyd edilən əsaslara görə Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş hazırki inzibati xəta haqqında protokolu əsassız hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu icra sənədini qismən icra etmişdir və tələbkarın da həmin ərazidən evə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunan üç yol yeri vardır . Sözügedən həyətyanı torpaq sahəsində tövlənin sökülüb-sökülməməsi tələbkara heç bir maneə yaratmır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, borclu Şəxs qətnamə üzrə icra sənədini tam icra etməkdən boyun qaçırır və icra prosesi zamanı süni maneələr yaradır. O, hazırda borclu tərəfindən qətnamə üzrə icra sənədinin tam icrasını tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 424 / 2021 nömrəli qətnaməsinə əsasən Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, iddiaçı X1 mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdehlər Şəxs və X2 tərəfindən qeyri-qanuni zəbt edilmiş 17,5 kv.metrdən ibarət hissəsi mütəxəssis rəyində və torpaq sahəsinin sxematik planında qeyd edilənlərə uyğun olmaqla boşaldılaraq iddiaçıya qaytarılması, evə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun 40 metr uzunluğunda, 4 metr enində açılması, cavabdehlər Şəxs və X2 tərəfindən inşa edilmiş tikilinin ümumi istifadədə olan yolun ərazisinə düşən hissəsinin, yolun üzərində qoyulmuş darvaza və qapının cavabdehlərin vəsaiti hesabına sökülməsi qət edilmişdir. İş üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyinə görə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, tələbkarın mövqeyini, habelə hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-17/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-17/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver