Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-17/2025 05.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, Bucaq kənd tam orta məktəbində ocaqçı vəzifəsində çalışan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Oğuz rayon Bucaq kəndinin sakini Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Bucaq kəndi ərazisində qumar faktı üzrə inzibati icraat başlanılmaqla Oğuz rayon X3 Təhlükəsizlik Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Oğuz rayon Bucaq kəndi ərazisində yerləşən kafelərin birinə tanışı Mahir adlı şəxslə çay içmək üçün getmişdir. Onlar kart oynamaq qərarına gəlmiş, yeri 1 (bir) manatdan olmaqla pulla qumar oynadıqları zaman Oğuz rayon Polis Şöbəsinin əməkdaşları kafeyə daxil olaraq onların qumar oynadıqlarını aşkar etmişlər. Masanın üzərində olan, qumara qoyulmuş 30 (otuz) manat pul və onların qumar oynayarkən istifadə etdikləri kağız materialından olan kart polis əməkdaşları tərəfindən protokol tərtib edilməklə götürülmüşdür. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. O, inzibati xətaya yol verdiyinə görə əməlindən səmimi peşman olmuşdur və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Şəxs və X1 Oğuz rayon Bucaq kəndi ərazisində yerləşən adsız iaşə obyektində qumar oynadıqları zaman qumara qoyulmuş 30 (otuz) manat pul və onların qumar oynayarkən istifadə etdikləri kağız materialından olan 36 (otuz altı) ədəd kart polis əməkdaşları tərəfindən protokol tərtib edilməklə götürülmüşdür. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bucaq kəndi ərazisində yerləşən adsız iaşə obyektində tanışı X2 ilə qumar oynadığı Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş, qumara qoyulmuş 30 (otuz) manat pul və onların qumar oynayarkən istifadə etdikləri kağız materialından olan 36 (otuz altı) ədəd kart polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar olmasa da, eyni zamanda şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi görünsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyası mütləq müəyyən olduğundan şəxs barəsində tətbiq edilən inzibati tənbehi fərdiləşdirməyə imkan vermir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut - qumara qoyulmuş 30 (otuz) manat pul və qumar oynayarkən istifadə edilmiş 36 (otuz altı) ədəd oyun kartının Oğuz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilməsi nəzərə alınmalıdır. Həmin əsaslara görə məhkəmə hesab edir ki, hazırki inzibati materiala baxılması zamanı həmin maddi sübutlarla bağlı qərar qəbul edilməsinə hər hansı əsas yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-17/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-17/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver