Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-171/2025 31.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2 iştirakı ilə xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, evli, işsiz Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Zərərçəkmiş şəxs cavabdehlər Şəxs və X6 qarşı “müqavilə üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Şəxs və X4 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddia tələbinin 84980,8 manat pul və 277,14 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-1056/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsi qismən, iddianın cavabdeh X6 qarşı yönəlmiş hissəsində və iddianın cavabdeh Şəxs qarşı rədd edilmiş 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul və 36,50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdeh Şəxs 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilmiş, cavabdeh Şəxs 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh X6 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiasının təmin edilməməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1156/2025 saylı, xx.xx.2025-ci il il tarixli qanuni qüvvəyə minmiş qərarına əsasən cavabdeh Şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1056/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi cavabdeh Şəxs 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hissəsində ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə icra vərəqəsi imzalanaraq icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Tələbkar hesab nömrəsini bugün vermiş və borclu icra sənədinin icrası ilə əlaqədar bugün 500 manat ödəmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasını təmin etmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, borcunu ödəməkdən boyun qaçırmır. O, icra məmurundən ödənişlər həyata keçirmək üçün hesab nömrəsi istəsə də, həmn hesab nömrəsini tələbkar yalnız bugün təqdim etmiş, o da 500 manat ödəmişdir. Maddi imkansızlıq üzündən tələbkara olan borcun ödənilməsində çətinlik çəkir. Borcunu hissə-hissə ödəmək istəyir və həmin qərarın hissə-hissə icra edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmiş, lakin onun bu tələbi təmin edilməmişdir. O, borcun ödənilməsindən boyun qaçırmır və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməli olduğunu başa düşür. Onun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından boyun qaçırmaq niyyəti də yoxdur. Eyni zamanda, onun mülkiyyətində fərdi yaşayış evi vardır. 2025-ci ilin sonunadək borcunu tam şəkildə bağlayacağına söz verir. O, həmçinin, heç vaxt icra məmurunun qanuni tələblərinə tabesizlik göstərməmiş, icra məmuru tərəfindən hər dəfə çağırıldıqda dərhal icra qurumuna gəlmişdir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs hazırki işə baxılması üzrə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə böyük icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, borclu Şəxs tələbkara ödənilməli olan vəsaitdən indiyədək 500 manat ödəmişdir və tələb edilən məbləğ də kifayət qədər böyük məbləğdir. Borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə məhkəmə qərarı üzrə icra sənədini indiyədək icra etmədiyinə görə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda borclunun borclunun icra sənədi üzrə tələbi tam şəkildə təmin etmədiyi, tələbkarın dəfələrlə şikayət etdiyi və qalıq 19077,06 manat borcunun olduğu qeyd edilmişdir. Lakin həmin protokolda və ona əlavə edilmiş sənədlərdə borclunun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun konkret olaraq hansı tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsi halları qeyd edilməmişdir. Belə hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda iş materiallarında olan, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8 (054) - 80 / 2025 nömrəli qərardadından müəyyən edilir ki, hazırki icra sənədinin hissə-hissə icra edilməsi ilə bağlı bprclu məhkəmə iclasında iştirak etmiş, həmin qərardad qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra olunmaması halında və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halında təqsirkar şəxslərə münasibətdə yaranır. Hazırki inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən, həmçinin, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda borclunun iş yeri və sabit gəlir mənbəyi, borcluya məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclunun maddi imkansızlığı onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranması ilə nəticələnmişdir. Ancaq hazırki vəziyyətdə borclu tələbkara olan borcun hissə-hissə də olsa, ödənilməsi ilə bağlı müəyyən hərəkətləri etməyə çalışır. Borclunun maddi imkansızlığı üzündən, yəni özündən asılı olmayan səbəblərə görə icra sənədinin vaxtında icra edilməməsi isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya onun icra sənədinin icra edilməməsində təqsirli olması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs verdiyi xx.xx.2000-ci il tarixli, 4-E- İ/56 saylı etibarnaməyə əsasən hərəkət edən X8 (satıcı) və Şəxs (alıcı) arasında bağlanmış həmin müqaviləyə əsasən ünvan 2 ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, vət. Zərərçəkmiş şəxs və X5 məxsus olan, 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18000000 manata Şəxs satılmışdır. Hazırki icra vərəqəsinin verildiyi iş üzrə mübahisə də elə həmin evin alqısatqı qiymətinin ödənilməməsi ilə əlaqədar olmuşdur. Bütün bunlar isə Şəxsa məxsus daşınmaz əmlak olduğunu deməyə əsas verir. Eyni zamanda, iş materiallarından borclunun faktiki gəlirlərini və əmlak vəziyyətini müəyyən etmək üçün bütün zəruri tədbilərin görüldüyü, icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulan bütün prosedur qaydalarına tam şəkildə riayət olunduğu müəyyən edilmir. Bundan əlavə Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi icra məmurunun icraatında olduğu vaxt ərzində icra məmuru tərəfindən hansı digər icra tədbirlərinin həyata keçirilmiş olması, icra sənədinin icrası ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan məcburi icra tədbirlərinin görülməsi (borclunun məcburi gətirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması və sair) iş materiallarından müəyyən edilmir. Eyni zamanda borclunun bank saxlancında əmlakının və bank hesabının mövcud olub-olmaması barədə müvafiq orqana sorğu verildiyi də iş materiallarından müəyyən edilmir. Qanunvericiliyin tələbinə əsasən icra sənədi könüllü icra müddətində bir dəfəyə ödənilməlidir. Tələbin hissə-hissə icra edilməsi isə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və əsaslarla mümkündür. Borclunun icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra edə bilməməsi, onun gəlirlərinin olmaması isə hazırki halda icra məmurunun özü tərəfindən müəyyən edilmişdir. Borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etmədiyi və təqsirkar olduğu iş materialları ilə təkzib olunmuşdur. İcra məmuru tərəfindən tərtib edilmiş hazırki protokolda borclunun icra sənədinin icrasını təmin etmədiyi qeyd edilsə də, onun təqsirinin nədən ibarət olması və nədə ifadə olunması protokolda öz əksini tapmamış, borclunun icra sənədinin icra olunmamasında təqsiri müəyyən olunmamışdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu Şəxs fərdi işlərdə işləyib-işləmədiyi, digər əmək fəaliyyəti ilə məşğul olub-olmadığı, gəlirlərinin mənbəyi və miqdarı müəyyən edilməmiş, bununla bağlı müvafiq icra tədbirləri həyata keçirilməmiş və zəruri sənədlər inzibati materiala əlavə edilməmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-171/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-171/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver