Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-173/2022 11.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Oğuz rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Oğuz rayon Prokurorluğunun icraatında olan ********* nömrəli cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Oğuz rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmaqla həmin qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı Şəxs hadisə yerində olan X2 döyüb qəsdən fiziki ağrı yetirməklə ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin qərar və ona əlavə edilmiş sənədlər onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Oğuz rayon prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərkən həmin qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş, göstərilməsi zəruri olan bütün məlumatlar öz əksini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır”. Qanunvericiliyin qeyd edilən müddəalarının məzmununa görə inzibati xəta haqqında protokol, habelə, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar mahiyyət etibarilə ittiham aktına bərabər sayıldığından həmin protokolda (və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda) şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, protokolda (və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda) qeyd edilən sübutlar əsasında baxmalıdır. Hazırki işin materiallarında olan, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi dəqiq vaxt və yer, əgər varsa, şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, habelə, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar həmin qərarda qeyd edilməmişdir. Eyni zamanda, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda həmin şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin konkret olaraq hansı əməldə ifadə olunması, X1 bədəni üzərində aşkar edilmiş, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlərin Şəxs tərəfindən yetirilmə üsulu öz əksini tapmamışdır. Bundan əlavə, Şəxs tərəfindən törədildiyi qeyd edilən inzibati xəta hadisəsinin hansı faktlarla təsdiq edildiyi də hər hansı mötəbər sübutlarla əsaslandırılmamışdır. Həmçinin, iş üzrə inzibati araşdırma aparılması zərurəti (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan hallar) olub-olmadığı da hazırki qərarda göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə ilə ifadə olunan inzibati xəta hadisəsi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati həbs tənbeh növü nəzərdə tutulduğuna görə bu növ inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Hazırda məhkəməyə təqdim edilmiş materiallar isə natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş sənədlərin onu qəbul etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Oğuz rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı və ona əlavə edilmiş sənədlər Oğuz rayon prokuroruna qaytarılsın. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-173/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-173/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver