Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-173/2025 06.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamil oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1969-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, subay, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Oğuz şəhər sakini Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Oğuz rayon X3 Qrupunun təhqiqatçısı Vasif Məmmədovun xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 16 ünvanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməsi faktı üzrə Oğuz rayon X3 Qrupunun təhqiqatçısı Vasif Məmmədovun xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 16 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar rəsmi olaraq ayrılmış olsalar da hazırda birlikdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadıqları evin həyətində münaqişə olmuşdur. Münaqişə zamanı Zeynəb onun arxasınca qırmızı kərpic atmış, kərpic əvvəlcə onun başına, sonra isə dabanına dəyərək ona xəsarət yetirmişdir. O, Zeynəbi sakitləşdirmək üçün qolundan tutmuş, bu zaman Zeynəb yerə yıxılmışdır. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmış və Zeynəb də onu bağışlamışdır. O, etdiyi hərəkətə görə özünü təqsirli sayır və əməlindən səmimi peşman olmuşdur. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs onun keçmiş əridir. Onlar boşanmış olsalar da Oğuz şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 16 ünvanında birlikdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə yaşadıqları evin həyətində səhər saatlarında Şəxsla aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı Vüqar qolundan və boğazından tutaraq onu yerə yıxmış və dizini sinəsinin üstünə qoyub üzünü torpağa basmışdır. O nə qədər etsə də Vüqarın əlindən çıxa bilmədiyindən yerdən torpaq götürüb üzünə atmış, bu da kifayət etmədikdə qışqırmışdır. Bundan sonra isə yola qaçaraq Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə məlumat vermişdir. Hazırda o Vüqar ilə barışmış və onu bağışlamışdır. Onun hazırda Şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2025-ci il Oğuz şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 16 ünvanında Şəxs ilə keçmiş arvadı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmasına baxmayaraq inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9, 105, 110-115-ci-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-173/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-173/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver