Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-178/2025 03.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X4 iştirakı ilə X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və həmin qərardan verilmiş şikayətin təmin olunmaması barədə xx.xx.2025-ci il tarixli 3-17-5/1-G-35076/2025 nömrəli qərardan şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və həmin qərardan verilmiş şikayətin təmin olunmaması barədə xx.xx.2025-ci il tarixli 3- 17-5/1-G-35076/2025 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazırliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən xx.xx.2025- ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan verilmiş şikayətin təmin olunmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən 07 iyul 2025-ci il tarixli 3- 17-5/1-G-35076/2025 nömrəli qərar verilmişdir. xx.xx.2025-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta müqaviləsi bağlanmış, xx.xx.2025-ci il tarixdə müqavilə əlavəsi təsdiq olunduqdan sonra ödəniş etmişdir. Buna baxmayaraq B.Güləhmədov barəsində protokol tərtib edilmiş, sonra isə şikayət etdikləri qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən "İstehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta muqaviləsinin bağlanmamasına görə - vəzifəli şəxslər min beş yüz manat məbləğində, huquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Ona görə də hesab edir ki, barəsində tərtib olunmuş protokol və qərar əsassızdır və qeyd edilən səbəblərdən ləğv edilməlidir. Həmin qərarı aldıqdan dərhal sonra o şikayətlə baş idarəyə sonra isə Oğuz Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Bəxtiyar Güləhmədovun nümayəndəsi Nümayəndə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı olmadan baxılmasını qərara almışdır. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, Güləhmədov Bəxtiyar onun oğludur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən oğluna bildiriş göndərildikdən sonra onlar "xxxx" ASC ilə xx.xx.2025-ci il tarixdə müqvilə bağlamışlar. Müəssisə xx.xx.2024-cü il tarixdə sığorta şirkətinə əvvəlki ilə görə olan borcunu ödəmiş, sonra yenidən müqavilə bağlamışdır. Ödənişlərin gecikməsinə səbəb onun müəssisəsinin buxalterinin xəstə olması olmuşdur. Hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilməməli idi. Eyni zamanda müqavilə xx.xx.2025-ci il tarixdə göstərilsə belə o, cəmi 1 gün gecikmişdir və 1 günə görə 1500 manat çox böyük məbləğdir. Həmçinin hazırda iş getmir və həmin məbləği ödəməyə maddi vəziyyətləri yoxdur. O, humansit yanşılaraq və qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın və xx.xx.2025-ci il tarixli 3-17-5/1-G-35076/2025 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, sahibkar X2 xx.xx.2025-ci il tarixdə məktub göndərilərək altsistem vasitəsi ilə aparılan təhlillər zamanı işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin başğlanmadığının müəyyən edildiyi bildirilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 10:00-da X8 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə dəvət olunmuşdur. Həmin məktubub Bəxtiyar Güləhmədov xx.xx.2025-ci il tarixdə almışdır. Həmin vaxtdan protokol tərtib edilən tarixədək qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır. Bu səbəbdən onun barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bəxtiyar Gülməmmədov xx.xx.2025-ci il tarixdə əvvəlki ilə aid müqavilə üzrə sığorta ödənişini etmişdir. X3 xx.xx.2025-ci il tarixdən sonrakı dövr üzrə 84 manat sığorta ödənişi etməli idi. Lakin göründüyü kimi Bəxtiyar Gülməmmədov işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi barədə 84 manat sığorta ödənişini bugünə kimi ödəməmişdir. X3 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə inzibati qaydada şikayət verilmiş və həmin orqanın xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən xalanılmışdır. Hesab edir ki, həmin qərarların ləğv edilməsi üçün əsas yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-44185/2025 nömrəli məktubundan müəyyən edilir ki, X2 məktub göndərilərək altsistem vasitəsi ilə aparılan təhlillər zamanı işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin başğlanmadığının müəyyən edildiyi bildirilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 10:00-da X8 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin əmək müfəttişi Oruc İsmayılov tərəfindən X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə X3 barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilmə hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəis müavini Akif Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, X3 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, İcbari Sığorta Bürosuna xx.xx.2025-ci il tarixdə, saat 22:21-də 144 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasının və ödəniş tapşırığının surətindən görünür ki, hesab fakturanın və sığorta ödənişin son tarixi xx.xx.2025-ci il tarixdir. Eyni zamanda müqavilə ili xx.xx.2025-xx.xx.2026-cı il tarix aralığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/1-G-35076/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarından görünür ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. X3 şikayətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və həmin qərardan verilmiş şikayətin təmin olunmaması barədə xx.xx.2025-ci il tarixli 3-17-5/1-G-35076/2025 nömrəli qərarı mübahisələndirib xx.xx.2025-ci il tarixdə sığorta ödənişini etdiyini bildirsə də, sığorta ödənişi aparılmamışdır. iş materiallarından görünür ki, X3 inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 10:00-da X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə dəvət olunmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, icbari sığorta müqaviləsinin başlanğıc tarixi kimi xx.xx.2025-ci il kimi qeyd edilmişdir. Bundan başqa, müqavilənin xx.xx.2025-ci il tarixdə təsdiq olunduğunu məhkəmə iclasında verdiyi izahatında şikayət verən şəxsin nümayəndəsi də etiraf etmişdir. X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi digər xüsusatlar isə onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X3 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə X1 hazırki şikayətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/1-G-35076/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarının ləğv edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, inzibati tənbeh tətbiq etmə barədə hazırki qərar məhkəmə tərəfindən qanuni hesab edildiyindən qeyd edilən qərarın ləğvi üçün də heç bir əsas yoxdur. Ona görə də hazırki şikayətin həmin qərarla bağlı hissəsi də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının və həmin qərardan verilmiş şikayətin təmin olunmaması barədə xx.xx.2025-ci il tarixli 3-17- 5/1-G-35076/2025 nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-178/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-178/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver