Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-184/2024 10.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1980-ci il tarixdə Oğuz rayonu Tayıflı kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı ünvanda Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs barəsində ailə üzvləri tərəfindən Oğuz rayon Polis Şöbəsinə daxil olmuş məlumatın araşdırılması məqsədi ilə o və digər polis əməkdaşları xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində onun yaşadığı ünvanda olarkən o, ucadan səs-küy salıb ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu sakitləşdirməyə çalışdıqları zaman mətbəx bıçağı ilə özünə xəsarət yetirməyə çalışmış, eyni zamanda həmin bıçaqla polis əməkdaşlarının üzərinə hücum çəkmişdir. Şəxs onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə gecə saatlarında inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə 11:30-da inzibati qaydada tutulmadan azad edilərək məhkəməyə gətirilmişdir. Şəxs arvadı ilə ailə münaqişələri səbəbli dəfələrlə onunla profilaktik söhbətlər aparılmış, o hər dəfə problem yaratmayacağına söz versə də, sözünə əməl etməmişdir. X8 bu ailə münaqişəli ailə kimi qeydə alınacaqdır. Hazırki vəziyyətdə də onun cəzasız qalması daha təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxaracağı nəticəsinə gəlməyə əsas verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Tayıflı kəndində yaşayır. O, arvadının burun əməliyyatı üçün bankdan kredit götürmüş və arvadı burnunu əməliyyat etdirmişdir. Əməliyyatdan sonra bir müddət onun arvadı qardaşının evində qalmışdır. xx.xx.2024-cü il tarixdə o, arvadını birlikdə yaşadığı evə gətirmiş, həmin tarixdən də onların aralarında tez-tez pulun nə üçün xərclənməsi ilə bağlı mübahisələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə yenə də evdə arvadı ilə mübahisəsi yaranmış və arvadı onun barəsində Polis Şöbəsinə şikayət etmişdir. Bir qədər sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. O, xəstə olduğundan özünə qəsd etməyə çalışmış, bu zaman heç kimə xəsarət yetirmək niyyəti olmamışdır. O, həmin vaxt əsəbi vəziyyətdə olduğundan özündən çıxmış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. O, əməlindən səmimi peşman olmuşdur və bir daha bu cür hərəkətlər etməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Tayıflı kənd sakini Tamara Adıyevanın Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə Şəxs barəsində verdiyi məlumat əsasında o və digər polis əməkdaşları Cəmil Hüseynov və X9 Adıyevin yaşadığı ünvana getmişlər. Şəxs yaşadığı ünvanda olarkən onunla və şikayət verən şəxslə bir neçə dəqiqə profilaktik söhbət apardıqdan sonra onlar arasında baş verə biləcək hər hansı xoşa gəlməz hadisənin qarşısını almaq məqsədi ilə Şəxs onlar tərəfindən Polis Şöbəsinə dəvət edilmişdir. Şəxs əvvəlcə onların təklifi ilə razılaşsa da, sonra yenidən ailə üzvlərinə qarşı aqressivləşmiş və mətbəx bıçağını əlinə götürərək özünə xəsarət yetirəcəyi ilə bağlı ailə üzvlərinə hədə-qorxu gəlməyə başlamış, daha sonra isə onun və digər polis əməkdaşlarının üzərinə həmin bıçaqla hücum çəkmişdir. Onlar Şəxs sakitləşdirməyə çalışsalar da, o, onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini yaşadığı evin həyətyanı sahəsində davam etdirmiş, eyni zamanda küçəyə çıxaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o məcburi şəkildə polisin xidməti avtomobilinə əyləşdirilərək Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə də tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 11:30-da tutulmadan azad edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs, onun barəsində Oğuz rayon Polis Şöbəsinə daxil olmuş məlumatın araşdırılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində polis əməkdaşları onun yaşadığı ünvanda olarkən yaşadığı ünvanda ucadan səs-küy salmış, ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, hazırda ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, yüngülləşdirici halı nəzərə alaraq inzibati həbs müddətinin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2024-cü il tarixdə 11:30-da tutulmadan azad edilsə də, xx.xx.2024-cü il tarixdə 11:30 radələrində Oğuz Rayon Məhkəməsinə gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024cü il tarixdə saat 00:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 00:30-dan hesablansın. İnzibati həbsdə saxlanılma yeri Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri müəyyən edilsin və qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsdə saxlanılma yerinə çatdırılmasına dair hissəsinin icrasını təmin etmək Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-184/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-184/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver