Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-186/2022 10.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, subay, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şəxs tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində idarə etdiyi avtomobillə yolda təhlükəli manevr etdiyinə görə Oğuz rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşının ona avtomobili saxlamaq işarəsi verməsi barədə tələbinə tabe olmamış və saxlanılan zaman polis əməkdaşlarına qarşı aqressiv hərəkətlər edərək ucadan nalayiq ifadələr işlətmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs - Oğuz rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs idarə etdiyi avtomobillə yolda təhlükəli manevr etdiyinə görə Oğuz rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı tərəfindən ona avtomobili saxlamaq işarəsi verilmiş, lakin o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Sonradan onun avtomoibli saxlanılan zaman isə polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etsələr də, o, polis əməkdaşlarına müqavimət göstərərək Polis Şöbəsinə getmək istəməmiş, eyni zamanda, aqressiv hərəkətlər edərək ucadan nalayiq ifadələr işlətmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. xx.xx.2022-ci il tarixdə gündüz vaxtı spirtli içki qəbul etdikdən sonra özünə məxsus avtomobili idarə edərək yaşadığı evə gəlmişdir. Az sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. O, polis əməkdaşlarının ona məxsus avtomobili Polis Şöbəsinə apardıqlarını görərək əsəbiləşmiş və özündən asılı olmayaraq ucadan səs-küy salmışdır. Bundan sonra polis əməkdaşları avtomobili və sonradan isə onun özünü məcburi şəkildə Polis Şöbəsinə aparmışlar. O, avtomobili sərxoş vəziyyətdə idarə etdiyi və polis əməkdaşlarının tələblərinə tabe olmadığı üçün əməlindən səmimi peşman olmuşdur. Eyni zamanda, polis əməkdaşlarına qarşı etdiyi hərəkətlərə görə onlaran üzr istəyir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə DYPB-nin əməkdaşları İmanəddin Rəhimov və Səxavət Quliyevlə birlikdə Oğuz şəhərində xidmətdə olarkən Oğuz şəhər sakini Şəxs idarə etdiyi avtomobillə yolda təhlükəli manevrlər etməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra onlar Şəxs yaşadığı ünvana gedərkən avtomobilin ounun yaşadığı evin qarşısındakı küçədə hərəkət halında olduğunu görmüşlər. Onlar yaxınlaşaraq avtomobilin qarşısını kəsib Şəxs saxlamaq işarəsi vermiş və avtomobili dayandırmışlar. Şəxs davranışından, hərəkətlərindən və kəskin spirt qoxusundan onun içkili vəziyyətdə olduğu hiss olunmuşdur. Onlar avtomobili Polis Şöbəsinə aparmaq istədikdə Şəxs müqavimət göstərmiş və aqressiv hərəkətlər edərək ucadan nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs intizama dəvət edib sakitləşdirməyə çalışmışlar. Şəxs Polis Şöbəsinə dəvət etsələr də, o, polis əməkdaşları ilə getmək istəməmişdir. Bundan sonra onlar kömək üçün həmin ünvana əlavə polis əməkdaşları çağırmışlar. Oğuz rayon Polis Şöbəsinin PPX-nin əməkdaşlarından ibarət əlavə kömək gəldikdən sonra avtomobili məcburi şəkildə Polis Şöbəsinə aparmışlar. Sonradan Şəxs da Polis Şöbəsinə gətirilmişdir. İş üzrə şahid qismində izahat verən Oğuz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru X3 da məhkəmə iclasında X1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş, avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, Şəxs idarə etdiyi avtomobil xx.xx.2022-ci il tarixdə Oğuz rayon Polis Şöbəsinin duracağına gətirilmiş, bununla bağlı hal şahidlərinin iştirakı ilə akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli AZ 000551 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40-da inzibati qaydada tutulmuş və xx.xx.2022-ci il tarixdə saat 11:00-da tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 453 nömrəli tibbi müayinə protololundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:27-də müayinədən keçirilərkən onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində idarə etdiyi avtomobillə yolda təhlükəli manevr etdiyinə görə Oğuz rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları ona avtomobili saxlamaq işarəsi vermiş, avtomobil saxlanılan zaman o, polis əməkdaşlarına qarşı aqressiv hərəkətlər edərək ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarına müqavimət göstərmiş, bununla da, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı, habelə, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, inzibati həbs müddətinin 10 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2022-ci il tarixli AZ 000551 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2022-ci il tarixdə saat 17:40-dan xx.xx.2022-ci il tarixdə saat 11:00-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 17 saat 20 dəqiqə müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X7 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən saat 16:30-dan hesablansın. Şəxs xx.xx.2022-ci il tarixli AZ 000551 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2022-ci il tarixdə saat 17:40dan xx.xx.2022-ci il tarixdə saat 11:00-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 17 saat 20 dəqiqə müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2022-ci il tarixdə saat 23:10-da başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-186/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-186/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver