Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-187/2022 23.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Oğuz rayon Polis Şöbəsinin YPX əməkdaşı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Oğuz şəhəri ərazisində “VAZ 21214” markalı ** SD *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə etməsi, bununla da əhalinin dincliyini nümayişkaranə şəkildə pozması faktı üzrə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin YPX əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Oğuz rayon Polis Şöbəsinin YPX əməkdaşı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Oğuz şəhəri B.Vahabzadə küçəsində idarə etdiyi avtomobildə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə etdiyinə görə saxlanılmışdır. Avtomobil Oğuz rayon Polis Şöbəsinin duracağına gətirilmiş və avtomobildə olan çoxavazlı səs siqnalı çıxarılaraq inzibati qayda pozuntusu aradan qaldırılmıdır. Avtomobilin duracağa gətirilməsi və çoxavazlı səs siqnalının çıxarılması ilə bağlı müvafiq aktlar tərtib edilmiş, Şəxs özü də həmin aktlara imza etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, “VAZ 21214” markalı ** SD *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə etmiş, etdiyi hərəkətin inzibati məsuliyyətə səbəb ola biləcəyini başa düşməmişdir. Etdiyi hərəkətə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, həmçinin, tədqiq edilmiş digər sübutlar -iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlar, alkotestrin müayinəsinin nəticəsinə dair qəbz, izahat və xx.xx.2022-ci il tarixli iltizam ilə müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Oğuz şəhəri B.Vahabzadə küçəsində idarə etdiyi avtomobildə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə etdiyinə görə Oğuz rayon Polis Şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobil Oğuz rayon Polis Şöbəsinin duracağına gətirilmiş və avtomobildə olan çoxavazlı səs siqnalı çıxarılaraq inzibati qayda pozuntusu aradan qaldırılmıdır. Şəxs avtomobili idarə edərkən sərxoş olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan aşağı həddə - 500 manat miqdarında inzibati cərimə tətbiq edilməsini, inzibati xətanın bilavasitə obyekti olmuş çoxavazlı səs siqnalının müsadirə edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib, çoxavazlı səs siqnalı müsadirə edilməklə, 500 manat miqdarında inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad ediləcəyi, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-187/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-187/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver