Məhkəmə qərarları › İş №3(054)-19/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-19/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-19/2022 26.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi ilə Şəxs haqqında Oğuz Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 3 (054) - 19 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından Şəxs verdiyi şikayətə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs “OPEL ASTRA MİNİK” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilərək 10.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 (əlli) manat miqdarında, 02.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 (əlli) manat miqdarında və 24.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 (əlli) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 24.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokola məhkəmə iclasında baxılarkən Şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, onun barəsində tətbiq edilmiş inzibati cərimə məbləğlərini və cərimə məbləğlərinə hesablanmış dəbbə pullarını ödəməsi barədə müvafiq sənədi, həmçinin, inzibati məsuliyyətdən azad olunmasına əsas verə biləcək sənədləri və ya digər sübutlarını məhkəməyə təqdim etməmişdir. Oğuz Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 3 (054) - 19 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs 14.01.2022-ci il tarixdə Oğuz Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 3 (054) - 19 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək qeyd edilən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs şikayətində qeyd etmişdir ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 10.06.2021ci il, 02.07.2021-ci il və 24.07.2021-ci il tarixli qərarlar Oğuz Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli qərarları ilə ləğv edilmişdir. Onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 9 (doqquz) ay müddətinə məhdudlaşdırılması ilə bağlı hazırki qərar da qeyd olunan inzibati tənbeh vermə haqqında qərarlar əsasında, həmin qərarlara əsasən təyin olunan inzibati cərimə məbləğlərinin ödənilməməsi əsası ilə qəbul edilmişdir. Ona görə də Oğuz Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 3 (054) - 19 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şəxs hazırki şikayətinin və ona əlavə edilmiş sənədlərin ümumi məzmunundan müəyyən edilir ki, Şəxs 21.02.2021-ci il tarixdə “OPEL ASTRA MİNİK” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli 3 (011) - 1560 / 2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli 3 (011) - 1560 / 2021 nömrəli qərarına əsasən həmin inzibati cərimə məbləğinin ödənilməsi müddəti 6 (altı) ayadək uzadılmışdır. Qeyd olunan qərar qanuni qüvvəyə minmişdir. Şəxs idarə etdiyi avtomobili texniki baxışdan keçirmək üçün müvafiq texniki baxış şöbəsinə müraciət edərkən üzərində inzibati cərimə olduğuna görə onu texniki baxışa buraxmamışlar. Şəxs texniki baxışa buraxılmamasının qanunsuz hesab edilməsi barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01.11.2021-ci il tarixli 2-1 (112) - 10463 / 2021 nömrəli qərarı ilə onun iddiası təmin edilmişdir. Oğuz rayon Polis Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə 24.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun tərtib edilməsinin əsası olaraq 10.06.2021-ci il tarixli EQ ******* nömrəli, 02.07.2021-ci il tarixli EQ ******* nömrəli və 24.07.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında təyin edilən inzibati cərimələrin qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyinə istinad edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən tərtib edilmiş 10.06.2021-ci il tarixli EQ ******* nömrəli, 02.07.2021-ci il tarixli EQ ******* nömrəli və 24.07.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlar Oğuz Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli qərarları ilə ləğv edilmişdir. Ancaq məhkəmə 07.01.2022-ci il tarixdə işə baxarkən Oğuz Rayon Məhkəməsinin qeyd olunan qərarları hələ qanuni qüvvəyə minmədiyindən Şəxs onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 24.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati qaydada tənbeh edilmişdir. Hazırda həmin qərarlar qanuni qüvvəyə minmiş və Şəxs qeyd olunan qərarların surətlərini hazırki şikayətinə əlavə edərək məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qərara gəlir ki, Oğuz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 24.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol 10.06.2021-ci il tarixli EQ ******* nömrəli, 02.07.2021-ci il tarixli EQ ******* nömrəli və 24.07.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə təyin edilən inzibati cərimələrin qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi əsası ilə tərtib edildiyindən, həmin protokolların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmə qərarları da artıq qüvvəyə mindiyindən hazırki vəziyyətdə 24.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmadığından həmin protokol əsasında qəbul edilən, Oğuz Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 3 (054) - 19 / 2022 nömrəli inzibati tənbeh vermə haqqında qərarı da ləğv edilməli və qeyd olunan iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 24.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Oğuz Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 3 (054) - 19 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından Şəxs verdiyi şikayət təmin edilsin. Şəxs barəsində qəbul edilmiş, nəqliyyat vasitəsini idarə etmək hüququnun 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmasına dair Oğuz Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 3 (054) - 19 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək həmin iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 24.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar