Məhkəmə qərarları › İş №3(054)-192/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-192/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-192/2025 16.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2, İnzibati tənbeh vermə haqda qərar qəbul etmək səlahiyyəti olan orqanın nümayəndəsi - Oğuz rayon X7 Patrul Xidməti inspektoru X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Oğuz rayonu Kərimli kənd sakini X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əməlində inzibati xəta tərkibi olmaması səbəbindən xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayətə baxılması üzrə məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 məhkəməyə ərizə təqdim edərək və izahat verərək bildirmişdir ki, hazırda xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə baxılmasını istəmir. Ona görə də şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqda qərar qəbul etmək səlahiyyəti olan orqanın nümayəndəsi - Oğuz rayon X7 Patrul Xidməti inspektoru X3 məhkəmə iclasında izahat verərək vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlar sırasında şikayət ərizəsinin baxılmamış saxlanılması və şikayətin vəsatət əsasında geri qaytarılması nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən ibarət olduğundan və bu qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırki işdə hüququn analogiyasından istifadə olunmaqla oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, şəxsin barəsində inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsi bilavasitə həmin şəxsin özünün hüquqlarına və mənafelərinə təsir göstərən bir tədbir olduğundan, hazırda isə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 məhkəməyə verdiyi şikayətə baxılmasını öz təşəbbüsü ilə istəmədiyindən və bununla bağlı fikrini yazılı şəkildə məhkəməyə təqdim etdiyindən hazırki vəziyyətdə həmin şikayətə baxılmasına hər hansı əsas yoxdur. X4 onun barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayətə baxılmasını istəmədiyi halda, məhkəmənin qəbul etməli olduğu qərarın məzmunu inzibati xətalar haqqında qanunvericilikdə bilavasitə nəzərdə tutulmasa da, məhkəmə qanunun analogiyası qaydasına istinad edərək oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə X2 hazırki ərizəsini nəzərə alaraq qərara gəlir ki, onun Azərbaycan Respublikası Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması haqda qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X2 Azərbaycan Respublikası Oğuz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar