Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-193/2023 13.10.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Oğuz rayonu Zərrab kəndində yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “MERCEDES BENZ 190 MİNİK” markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat miqdarında inzibati cərimə edilməsinə manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Oğuz rayon Polis Şöbəsi tərəfindən baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “MERCEDES BENZ 190 MİNİK” markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən yol hərəkəti qaydaları pozulduğuna görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat miqdarında inzibati cərimə edilmişdir. O onun barəsində tərtib edilmiş protokol əsasında tətbiq edilmiş başqa cərimə məbləğini ödəmiş, lakin maddi vəziyyətinə görə hazırki protokol üzrə cərimə məbləğini ödəyə bilməmişdir və hazırda da ödəmək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ 14841082 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan və elektron informasiya məlumat sistemi üzrə çıxarışlardan müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “MERCEDES BENZ 190 MİNİK” markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmiş və həmin cərimə məbləğlərinə dəbbə pulu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli EQ 14841082 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında tətbiq edilən inzibati cərimə və həmin cəriməyə hesablanmış dəbbə pulunu indiyədək də ödəməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “MERCEDES BENZ 190 MİNİK” markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs inzibati cərimə məbləğlərini və cərimə məbləğlərinə 3 ay müddət üçün hesablanmış dəbbə pullarını indiyədək ödəməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması cəzasının tətbiq edilməsini, inzibati cərimənin miqdarını nəzərə alaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(054)-193/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-193/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver