Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-194/2025 01.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.2004-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonunun Ərmənət kəndində yaşayan, subay, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:15 radələrində Oğuz şəhərində ictimai qaydanı pozması, eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları Sərxan Feyzullayev və X9 şəhəri ərazisində xidmətdə olarkən şəhərin yuxarı hissədində “Vidadi kafesi” adlanan yerdə səs-küy olduğunu eşidərək həmin ünvana yaxınlaşmış, bu zaman kafedə otaqların birində 4 nəfər şəxsin səs-küy saldığını, şəxslərdən birinin otağın aynasını sındırdığını, qolunu kəsdiyi üçün üst-başının qan olduğunu, eyni zamanda ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları sonradan adını bildikləri Şəxs nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs polis əməkdaşları ilə polis şöbəsinə getməkdən də imtina etmiş, məcburi şəkildə Polis Şöbəsinə aparılmasını təmin etmək istədikdə isə o, həmin yerdən qaçmış, lakin polis əməkdaşları tərəfindən yenidən tutularaq məcburi şəkildə avtomobilə əyləşdirilmişdir. Bundan sonra o, polis şöbəsinə aparılmış, orada olarkən də ucadan səs-küy salmaqla ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş və inzibati binada nizam-intizamı pozmuşdur. Həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, qərəzli olaraq öz hərəkətlərini davam etdirmiş, polis qanuni tələblərinə tabe olmamış, Oğuz RPŞ-nin inzibati bunasında növbətçi hissənin iş fəaliyyətini 25-30 dəqiqə müddətində pozaraq şöbənin 1-ci mərtəbəsində yerləşən qapının şüşəsini yumruqla vuraraq sındırmışdır. Şəxs ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2025ci il tarixdə tanışları ilə birlikdə Oğuz şəhərində yerləşən kafelərin birində əyləşmiş və onlarla birlikdə spirtli içki qəbul etmişdir. Bir müddət sonra tanışları siqaret çəkmək üçün otaqdan çölə çıxmış və o, otaqda tək qalmışdır. Bu zaman o, içkinin təsiri altında birdən əsəbiləşmiş, əlini masaya vurmuş və bunun nəticəsində də masadakı boşqab sınmışdır. O, bu zaman söyüş söyməklə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Az sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Onlar onun barəsində qanuni şəkildə araşdırma aparmaq məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Bu zaman, o, bir neçə dəfə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. O, polis avtomobilinə mindirildikdən sonra avtomobildən qaçmağa səy göstərmiş və polis əməkdaşları tərəfindən yenidən avtomobilə əyləşdirilərək polis şöbəsinə aparılmışdır. O, spirtli içkini həddən artıq qəbul etdiyindən özündə olmadığını qəbul edir. Qeyd etdiklərinə əsasən ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Oğuz şəhərinin yuxarı hissəsində yerləşən Vidadi kafeyə getmişdir. Həmin kafedə dostları ilə əyləşmişdir. Həmin məclisə adını sonradan bildiyi Tərxan adlı şəxs dostu Murad ilə birlikdə gəlmişdir. Onlar həmin yerdə, təxminən, 4-5 saat olmuşlar. Bu zaman hər biri spirtli içki qəbul etmişdir. Onlar spirtli içkinin təsirində olduqlarından nisbətən səs-küy yaratmışlar. Saat, təxminən, 02:00 radələrində Tərxandan başqa özü də daxilmaqla 4 nəfər siqaret çəkmək və sanitar qovşağa getmək üçün kabinetdən çıxmışlar. Həmin vaxt Tərxan içəridə qalaraq səbəbini bilmədikləri adekvat hərəkətlər etmişdir. Bu zaman orada olan qabları sındırmış, nəticədə sağ əlinin bilək nahiyəsi şüşə qırıntısı tərəfindən kəsilmişdir. Bu vaxt onun sağ əlindən sürətli şəkildə qan axdığını görmüşlər. Az sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Onlar Tərxanın barəsinə qanuni şəkildə araşdırma aparmaq məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Bu zaman, o, bir neçə dəfə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. O, polis avtomobilinə mindirildikdən sonra avtomobildən qaçmağa səy göstərmiş və polis əməkdaşları tərəfindən yenidən avtomobilə əyləşdirilərək polis şöbəsinə aparılmışdır. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə tanışları ilə birlikdə Oğuz şəhərində yerlə.ən Vidadi kafe adlanan yerdə yeyib-içmişlər. Bir müddət yeyib-içdikdən sonra kabinetdən siqaret çəkmək üçün çıxmışlar. Həmi vaxt içəridə Tərxan adlı tanışları qalmışdır. Bu zaman kabinetdən səslər gəldiyini eşitmiş və dərhal kabinetə qayıtmışlar. Kabinetdə Tərxanın qab və “rumka” sındırdığını, özünə xəsarət yetirdiyini görmüşlər. Tərxan kabinetdən çıxan zaman polis əməkdaşları oraya gəlmiş və özlərini təqdim etmişlər. Bundan sonra onlar hadisəsinin necə baş verdiyini soruşmuşlar. Təraxan həm spirtli içkinin təsiri altında olduğundan, həm də qollarını şüşə kəsməsi nəticəsində qan gəldiyindən polisin tələblərinə tabe olmamış və qaçmağa çalışmışdır. Bundan sonra isə Tərxan polisin xidməti avtomobilinə əyləşdirilərək polis şöbəsinə aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 729 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:15-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:15-də sərxoş vəziyyətdə Oğuz RPŞ-yə gətirilmiş, xx.xx.2025-ci il tarixdə, saat 09:30-da ayıldıqdan sonra barəsində tutma protokolu tərtib edilmiş və toplanmış materiala əlavə edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:15 radələrində Oğuz şəhəri ərazisində kafelərin birində, eləcə də, Oğuz rayon Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salmaqla ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin, şahidin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, ağırlaşdırıcı halı nəzərə alaraq həbs müddətinin 15 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli Şəxs ayıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə 09:30-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2004-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonunun Ərmənət kəndində yaşayan, subay, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 09:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-194/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-194/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver