Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-195/2022 01.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin X3 əməkdaşı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1968-ci il tarixdə Oğuz rayonu Tayıflı kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: xx.xx.2022-ci il tarixdə saat 10:15-də Oğuz şəhəri ərazisində reyd keçirilən zaman Şəxs idarə etdiyi “VAZ 2109” markalı ** BK *** dövlət qeydiyyat nömrəli avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olması aşkar edilmiş, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin X3 əməkdaşları tərəfindən saxlanılarkən onun qanunvericiliklə müəyyən olunmuş sənədləri (fərqlənmə nişanını) təqdim etməməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin X3 əməkdaşı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Oğuz rayonu ərazisində avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün sürücü tərəfindən 9,40 manat aylıq ödəniş edilməklə fərqlənmə nişanı əldə olunmalıdır. Bundan əlavə, hər ay 18 manat sosial sığorta haqqı və 12 manat tibbi müayinə haqqı ödənilməlidir. Şəxs həmin qaydalara riayət etmədən və fərqlənmə nişanı olmadan sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2022-ci il tarixdə Oğuz şəhəri ərazisində reyd keçirilən zaman onun idarə etdiyi avtomobillə bu növ fəaliyyətlə məşğul olması aşkar edilmişdir. Şəxs qanunvericiliklə müəyyən olunmuş sənədləri (fərqlənmə nişanını) təqdim etməsi tələb olunmuş, lakin o, həmin sənədi təqdim edə bilməmişdir. Ona görə də bununla bağlı müvafiq akt tərtib edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol yazılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, idarə etdiyi “VAZ 2109” markalı ** BK *** dövlət qeydiyyat nişanlı minik avtomobillə mütəmadi olaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmur. xx.xx.2022-ci il tarixdə öz şəxsi işi ilə əlaqədar Oğuz şəhəri ərazisində avtomobil idarə edərkən Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin X3 əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şöbənin əməkdaşları ondan sənəd (fərqlənmə nişanı) təqdim etməsini tələb etsələr də, o, müvafiq sənəd təqdim edə bilməmişdir. Etdiyi hərəkətə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, həmçinin, tədqiq edilmiş digər sübutlar -iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli akt, bildiriş və fotoşəkillərlə müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:15-də Oğuz şəhəri ərazisində idarə etdiyi “VAZ 2109” markalı ** BK *** dövlət qeydiyyat nömrəli avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuş, lakin Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin X3 əməkdaşları tərəfindən saxlanılarkən o, bu növ fəaliyyətlə məşğul olmaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədləri (fərqlənmə nişanını) təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan 50 manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib 50 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-195/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-195/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver