Məhkəmə qərarları › İş №3(054)-195/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-195/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-195/2023 20.10.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Oğuz rayonu Xaçmaz Qışlaq kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs idarə etdiyi “TOFAŞ ŞAHİN MİNİK” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ilə inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi 150 manat miqdarında və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli və həmin tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilib Oğuz rayon Polis Şöbəsi tərəfindən baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, idarə etdiyi “TOFAŞ ŞAHİN MİNİK” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 150 manat miqdarında və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat miqdarında inzibati cərimə edilmişdir. O, həmin cərimə məbləğlərini ödəmədiyinə görə cərimə məbləğlərinə dəbbə pulları hesablanmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda həmin inzibati cərimələri və onlara hesablanmış dəbbə pullarını müvafiq hesaba ödəmişdir. Ona görə də inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ 14854313 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar və xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollardan, elektron informasiya məlumat sistemi üzrə çıxarışlardan və xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli və həmin tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 150 manat miqdarında və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin protokollar əsasında tətbiq edilmiş inzibati cərimələri qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğlərinə dəbbə pulu hesablanmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzlərdən müəyyən edilir ki, Şəxs xx.xx.2023cü il tarixli EQ 14854313 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar və xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında tətbiq edilən cərimələri və həmin cərimələrə hesablanmış dəbbə pullarını xx.xx.2023-cü il tarixdə müvafiq hesaba ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs idarə etdiyi “TOFAŞ ŞAHİN MİNİK” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 150 manat miqdarında və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə 40 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs inzibati cərimə məbləğlərini qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğlərinə dəbbə pulları hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs ona tətbiq edilən inzibati cərimə məbləğlərini və həmin cərimələrə hesablanmış dəbbə pullarını məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödəmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, o, barəsində tətbiq edilən inzibati cərimə məbləğləri və cərimələrə hesablanmış dəbbə pullarını məhkəmə qərar qəbul edənədək ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110-115, 529-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli və həmin tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən : Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar