Məhkəmə qərarları › İş №3(054)-195/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-195/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-195/2025 27.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağım YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Oğuz rayonu Dəymədərə kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, işsiz, orta təhsilli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Dəymədərə kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağımının əməkdaşı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs özünə məxsus bir baş iribuynuzlu heyvanı asfalt yolla ötürməklə yol hərəkəti qaydalarını pozmuş, Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT YÜK” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə üç baş iribuynuzlu heyvanı vurmuş, nəticədə “FORD TRANSİT YÜK” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edən şəxs - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağım YPX inspektoru, polis baş serjantı X2 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə məlumat əsasında yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə - Oğuz rayonu Dəymədərə kəndinə gəlmişdir. Qeyd olunan ərazidə olarkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT YÜK” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs məxsus bir baş iribuynuzlu malı vurmuş, mal hadisə yerində ölmüşdür. Yol nəqliyyat hadisəsi barədə sxem tərtib edilmişdir. Şəxs özü də hadisə yerində inəyin ona məxsus olduğunu bildirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “FORD TRANSİT YÜK” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəydiyinə görə inəyin sahibi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Oğuz rayonu Dəymədərə kəndində yaşayır və təsərrüfatında iribuynuzlu mal-qara saxlayır. Heyvanları hər gün örüş sahəsinə sürür. Hadisənin baş verdiyi ərazidə 2 yol nişanı mövcuddur. Onlardan biri mal-qaranın keçidi üçün, digəri isə piyada keçidi üçün nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixdə gündüz saatlarında ona məxsus iribuynuzlu malı asfalt yoldan keçən zaman Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT YÜK” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus bir baş inəyi vurmuş və inək tələf olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi ziyan dəyməsi inəyin yolda sahibsiz və ya nəzarətsiz qalması ilə əlaqədar deyil, avtomobilin yüksək sürətlə idarə edilməsi ilə əlaqədar olmuşdur. Belə ki, yolun həmin hissəsi 60 km/saat sürət üçün nəzərdə tutulduğu halda Zərərçəkmiş şəxs avtomobili 120 km/saat sürətlə idarə etmişdir. Avtomobil inəyi hadisə yerindən 15 metr kənara tullamışdır. Hüseyn İsmayılov avtomobili 60 km/saat sürətlə idarə etsəydi avtomobilin qabaq tərəfi bu dərəcədə deformasiya olmazdı. Həmin vaxt Zərərçəkmiş şəxs qarşısına inək yox, uşaq da çıxa bilərdi. Eyni zamanda, hadisədən sonra onlar arasında hərənin öz ziyanlığını ödəməsi barədə razılaşma olmuş, həmin vaxt inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Hazırki vəziyyətdə isə inzibati xətaya yol verdiyini və həmin inzibati xətaya görə tənbeh edilməli olduğunu başa düşür. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilərək daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, “FORD TRANSİT YÜK” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə idarə etdiyi avtomobillə Zaqatala rayonundan Qəbələ rayonu istiqamətində yola düşmüşdür. Həmin gün axşam saatlarında Oğuz rayonu Dəymədərə kəndində hərəkətdə olarkən qəfildən bir baş inək asfalt hissəyə, yəni onun idarə etdiyi avtomobilin, qarşısına çıxmışdır. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. O, əyləci basmış, ancaq camışlar qəfildən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığına görə avtomobili saxlaya bilməmiş və bir baş inəyi vurmuşdur. Həmin vaxt o avtomobilini saatda 70-80 km/saat sürətlə idarə etmişdir. Bu zaman yolda naxır olmamış, təkcə həmin inək qəfildən yola çıxmışdır. Avtomobilinə dəymiş 2541 manat maddi ziyan məbləği indiyədək ödənilməmişdir. O, avtomobilinə dəymiş maddi ziyan məbləğinin inəyin sahibi Şəxs tərəfindən ödənilməsini tələb edir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 723 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ziyan aktından müəyyən edilir ki, “FORD TRANSİT YÜK” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 2541 (iki min beş yüz qırx bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və yüngülləşdirici halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan cərimənin aşağı həddə - 100 (yüz) manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağımı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğdə inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar