Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-196/2025 13.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən xx.xx.2025 - ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarda qeyd edilir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi faktı aşkar edilmiş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən A.Haşımov barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd edilən inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan şikayət vermək və qərarın ləğv edilməsini xahiş etmək qərarına gəlmişdir. Şikayəti onunla əsaslandırır ki, inzibati protokol və qərar tərtib olunan zaman o fiziki şəxs olmağına baxmayaraq vəzifəli şəxs kimi qeyd edilmişdir. İnzibati tənbeh vermək haqqında qərar ona 03 oktyabr 2025-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada göndərilmişdir. Ona görə də hesab edir ki, barəsində tərtib olunmuş protokol və qərar əsassızdır və qeyd edilən səbəblərdən ləğv edilməlidir. Həmin qərarı aldıqdan sonra o Oğuz Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı müalicədə olduğu üçün şikayətinə iştirakı olmadan baxılmasını və təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin iştirakı olmadan baxılmasını qərara almışdır. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 iştirak etdiyi məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, hərracı udaraq 4 ha torpaq sahəsi icarəyə götürmüşdür. Onun üçün torpaq sahəsi hələ ayrılmadığına görə işə başlamamışdır. Hesab edir ki, prokurorluq tərəfindən onun barəsibə qərəzli olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar qəbul edilmişdir. Belə ki, sözügedən şəxs ona məxsus ekskovatoru idarə etmiş olsa da, onunla əmək müqaviləsi bağlamamışdır. O, sadəcə 1-2 saat işləməyi üçün traktoru idarə edəcək şəxsi dəvət etmiş və ona həmin saatların zəhmət haqqını ödəmişdir. Belə olan halda o cəmi 2 saat üçün necə əmək müqaviləsi bağlaya bilər. Ona ayda 2-3 dəfə işçi lazım olur və hər dəfə əmək müqaviləsi bağlaması ağlabatan görünmür. Bundan əlavə, hər işdə o fiziki şəxs kimi qeyd edildiyi halda, niyə inzibati tənveh vermə qərarında onun vəzifəli şəxs kimi qəbul edilərək cərimələndiyini başa düşmür. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin əməkdaşı tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi də məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon prokuroru Emil Kərimov tərəfindən qəbul edilmiş, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin polis rəis müavini X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, X3 xx.xx.2025-ci il tarixli qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 3000 (üç min) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemi üzrə çıxarışdan görünür ki, X2 adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X3 şikayətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən onun barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, hazırki məhkəmə iclasında verdiyi izahatında qeyd olunan protokolda göstərilən inzibati xətaya, həqiqətən də, yol verdiyini özü də etiraf etmişdir. Belə ki, ekskovatoru idarə edən şəxslə müqavilə bağlamadığını bildirmişdir. X2 barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Bundan əlavə, X3 fiziki şəxs olduğunu bildirsə də, iş materiallarından görünür ki, onun adına VÖEN vardır və o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. X2 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar isə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X2 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-196/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-196/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver