Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-197/2025 30.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X2 nümayəndəsi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndi ərazisində Şəxs idarə etdiyi avtoyuma məntəqəsində formalaşan tullantı sularını təyinatsız “Qumlaq” suvarma arxına axıdılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan-Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X2 nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayonu Qumlaq kəndində xx.xx.2025-ci il tarixdə monitorinq keçirilən zaman Şəxs istifadəsində olan obyektdə tullantı sularının kənara təyinatsız axıdıldığı aşkar olunmuşdur. Həmin fakt əsasında araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Oğuz rayonu Qumlaq kəndində yaşayır. O, həmin kənddə özünə məxsus olan avtoyuma məntəqəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Avtomobilləri yuma prosesində bəzən su sızıntısı olur, lakin bu daimi xarakter daşımır. O, qeyd edilən əməli törətdiyini qəbul edirə və hazırki inzibati xəta haqqında protokolla razıdır. O, əməlindən səmimi peşman olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, güman edilən inzibati xəta hadisəsilərinin baş verdiyi yerin fotoşəkillərinə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu avtoyuma məntəqəsində tullantı sularının kənara təyinatsız axıdıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Oğuz rayon Qumlaq kəndində yaşayan Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Oğuz rayonu Qumlaq kəndində fəaliyyət göstərən avtoyuma məntəqəsində avtomobillər yuyulduqdan sonra yaranmış tullantı və çirakab sularını kənara təyinatsız şəkildə axıtmışdır. Qeyd olunan hal inzibati xəta haqqında protokol, işdə olan sənədlər və şəxsin Şəxs etirafedici izahatı ilə ilə öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə yüngülləşdirici halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati cəriməni aşağı həddə-800 (səkkiz yüz) manat miqdarında tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-197/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-197/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver