Məhkəmə qərarları › İş №3(054)-2/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-2/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-2/2023 02.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1965-ci il tarixdə Kəlbəcər rayonu Alolar kəndində anadan olmuş, Kəlbəcər rayonu Keştək kəndində qeydiyyatda olan, Oğuz rayonu Calud kəndində məskunlaşıb yaşayan, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Bayan kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımının əməkdaşı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs özünə məxsus üç baş iribuynuzlu heyvanı asfalt yolla ötürməklə yol hərəkəti qaydalarını pozmuş, Zərərçəkmiş şəxs idarə etdiyi “QAZ 3110” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə üç baş iribuynuzlu heyvanı vurmuş, nəticədə “QAZ 3110” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonu Calud kəndində məskunlaşıb yaşayır və təsərrüfatında iribuynuzlu malqara saxlayır. Heyvanları hər gün örüş sahəsinə sürür və axşamtərəfi heyvanlar özləri geri qayıdırlar. xx.xx.2022-ci il tarixdə o, ona məxsus iribuynuzlu malları asfalt yoldan keçirən zaman Oğuz şəhəri istiqamətindən hərəkət edən, Zərərçəkmiş şəxs idarə etdiyi “QAZ 3110” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus üç baş inək vurulmuş, bir baş inək hadisə yerində ölmüş, iki baş inək isə yaralanmışdır. Həmçinin, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi ziyan dəyməsi inəyin yolda sahibsiz və ya nəzarətsiz qalması ilə əlaqədar deyil, avtomobilin yüksək sürətlə idarə edilməsi ilə əlaqədar olmuşdur. O, hər hansı inzibati xəta hadisəsi törətməmiş və heç kimə maddi zərər vurmamışdır. Əksinə, yol-nəqliyyat hadisəsi nəticəsində bir baş inəyi ölməklə onun özünə maddi zərər dəymişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin vəsatəti ilə məhkəmə iclası təxirə salınmış, hazırki məhkəmə iclasının vaxtı və yeri barədə yenidən lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə eyni məzmunlu teleqram ünvanlamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 350 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 94 saylı aktından müəyyən edilir ki, “QAZ 3110” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 2000 (iki min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində (o cümlədən, mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması; malqaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi və sair bu kimi hərəkətlər) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan cərimənin aşağı həddində - 80 (səksən) manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğdə inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar