Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-203/2023 20.10.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayon Ərmənət kəndində olarkən ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Ərmənət kəndində Zərərçəkmiş şəxs2 və onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs1 onun barəsində Oğuz rayon Polis Şöbəsinə telefonla məlumat verərək tədbir görülməsini xahiş etmişdir. Şəxs Oğuz rayon Ərmənət kəndində ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Həmin faktlar əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Oğuz rayonu Xalxal kəndində yaşayır. O, 15 ildir ki evlidir və ailəsinin dağılmağını istəməsə də, arvadının valideynləri onların ailələrinə müdaxilə edir. Arvadı Zərərçəkmiş şəxs3 ilə aralarında yaranmış mübahisə ilə əlaqədar arvadı bir müddətdir ki uşaqlarla birgə Oğuz rayonu Ərmənət kəndində valideynlərinin evində yaşayır. xx.xx.2023-cü il tarixdə o uşaqlarını görmək üçün arvadının Oğuz rayonu Ərmənət kəndində yaşadığı evin yerləşdiyi ünvana getmişdir. Həmin gün arvadı Oğuz-Ərmənət marşrut xətti üzrə hərəkət edən avtobusda olduğundan o əsəbiləşmiş, lakin sərxoş vəziyyətdə olmamış, sadəcə əlində enerji içkisi olmuşdur. Belə ki o, təxminən 2 ay əvvəl içkini atmışdır və arabir enerji içkiləri içir. O sadəcə arvadının ondan icazəsiz ictimai nəqliyyat vasitəsindən istifadə etməyinə əsəbiləşmiş, lakin heç kimi söyməmiş və nalayiq ifadələr işlətməmişdir. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs3 izahat verərək göstərdi ki, Şəxs onun əridir. Zahir spirtli içki aludəçisidir və evə daim sərxoş vəziyyətdə gələrək onunla, digər ailə üzvləri ilə mübahisə edir, onları təhqir edir, əsassız mübahisələr edərək yaşadıqları evdə dözülməz mühit yaradır. O dəfələrlə Şəxs bağışlamış, güzəşdə getməyə çalışmışdır. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdə Şəxs ona qarşı nalayiq ifadələr işlədərək onu döymüşdür. Bu zaman polis əməkdaşları onu Polis Şöbəsinə aparmışlar. Bu səbəbdən o, uşaqları ilə birgə Oğuz rayonu Ərmənət kəndində valideynlərinin evində yaşayır və onunla Zahirin arasında bağlanmış nikahın pozulmasına dair iş məhkəmənin icraatındadır. Zahir tez-tez həmin ünvana gələrək onları, həmçinin, qonşuluqda yaşayan şəxsləri narahat edir. Zahir xx.xx.2023-cü il tarixdə uşaqlarını görmək adı ilə onların yaşadığı kəndə gəlmiş, onun avtobusda olduğunu görmüş, bu zaman səs-küy salmış və nalayiq ifadələr işlətməyə başlamış, həm onun özünü, həm də avtobusda olan sərnişinləri narahat etmişdir. O və digər ətrafda olan şəxslər bununla bağlı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şəxs ictimai qaydanı pozan hərəkətlər etdiyinə, onu, uşaqlarını, valideynlərini, qardaşının ailə üzvlərini, həmçinin, qonşuları və digər həmkəndlilərini narahat etdiyinə görə hazıırda da ondan şikayətçidir. Zərərçəkmiş şəxs2 izahat verərək göstərdi ki, Şəxs onun qızı-Səbinənin əridir. Zahir mütəmadi olaraq spirtli içkilər qəbul etdiyindən Səbinə ilə aralarında tez-tez münaqişə yaranır. xx.xx.2023-cü il tarixdə Səbinə ona zəng edərək uşaqlarının ac olduğunu bildirmişdir. Buna görə o həmin gün bazarlıq edərək qızının yaşadığı evə aparmışdır. Həmin günün axşamı Şəxs Səbinəni döymüş, bu səbəbdən o Polis Şöbəsinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək onu Polis Şöbəsinə aparmışlar. Bu səbəbdən o qızı Səbinəni uşaqları ilə birlikdə özü yaşadığı evə gətirmişdir. Zahir əməlindən peşman olduğunu bildirdiyindən Səbinə onu bağışladı. Buna baxmayaraq Zahir uşaqları görmək bəhanəsi ilə onların evinə gəlir, mütəmadi olaraq ona və ailə üzvlərinə qarşı kənd camaatı içərisində nalayiq ifadələri işlədir və onları təhqir edir. xx.xx.2023-cü il tarixdə də yenə eyni bəhanə ilə onlar yaşayan kəndə gəlmiş, Səbinənin ictimai nəqliyyatdan istifadə etdiyini görmüş ona və digər şəxslərə qarşı nalayiq ifadələr işlədərək onları narahat etmişdir. O və digər ətrafda olan şəxslər bununla bağlı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şəxs ictimai qaydanı pozan hərəkətlər etdiyinə, onu, qızını, nəvələrini, ailə üzvlərini, həmçinin, qonşuları və digər həmkəndlilərini narahat etdiyinə görə hazıırda da ondan şikayətçidir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi və Şəxs şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş şəxs6 izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qonşusudur. Rafiqin qızı Səbinə aralarında yaranmış münaqişələrə görə ərindən ayrılaraq uşaqları ilə birlikdə yaşamaq üçün valideynlərinin evinə gəlmişdir. Zahir mütəmadi olaraq Zərərçəkmiş şəxs2 yaşadığı ünvana gələrək küçədə onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. O həmin şəxslərin qonşuluğunda yaşadığından onun və digər qonşuların narahatçılığına səbəb olmuşdur. Bu barədə onlar Şəxs xəbərdar etsələr də, o buna məhəl qoymamış yenidən gələrək ünvanlı-ünavnsız nalayiq ifadələr işlətmişdir. xx.xx.2023-cü il tarixdə Zahir yenidən eyni hərəkətləri etmiş, ictimai nəqliyyatda olan digər şəxslərə məhəl qoymayaraq nalayiq ifadələr işlətmiş və onları narahat etmişdir. O və digər ətrafda olan şəxslər bununla bağlı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şəxs ictimai qaydanı pozan hərəkətlər etdiyinə, onu, həmçinin, qonşuları və digər həmkəndlilərini narahat etdiyinə görə hazıırda da ondan şikayətçidir. Zərərçəkmiş şəxs5 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə əvvəlcədən tanıdığı Şəxs adlı şəxs təxminən günorta saatlarında yaşadığı kəndin mərkəzində yerləşən ərzaq mağazasının qarşısına gələrək ucadan telefonla danışaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman o Şəxs yaxınlaşaraq ictimai yer olduğunu bildirərək ondan nalayiq ifadələr işlətməyə son qoymağını tələb etsə də, Zahir hərəkətlərini davam etdirərək küçədə yenidən ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. O və digər ətrafda olan şəxslər bununla bağlı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şəxs ictimai qaydanı pozan hərəkətlər etdiyinə, onu, həmçinin, digər həmkəndlilərini narahat etdiyinə görə hazırda da ondan şikayətçidir. Zərərçəkmiş şəxs4 izahat verərək göstərdi ki, o “Oğuz-Ərmənət” marşrut xətti ilə hərəkət edən avtobusu idarə edir. Şəxs əvvəllər onun idarə etdiyi avtobusdan istifadə etsə də, Zahir mütəmadi olaraq avtobusda qeyri-etik hərəkətlər etmiş, bu da sərnişinlərin haqlı narazılığına səbəb olmuşdur. Buna görə də o sonuncu dəfə - xx.xx.2023-cü il tarixdə Zahiri avtobusa götürməkdən imtina etmişdir. Bu zaman Zahir ona qarşı nalayiq ifadələr işlədərək təhqir etmiş, eyni zamanda onun idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına çıxaraq yolu kəsməyə çalışmışdır. O və digər ətrafda olan şəxslər bununla bağlı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şəxs ictimai qaydanı pozan hərəkətlər etdiyinə, onu, həmçinin, digər sərnişinləri narahat etdiyinə görə hazırda da ondan şikayətçidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü Oğuz rayon Ərmənət kəndində olarkən ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilməsə də, iş materiallarından görünür ki, Şəxs həm xx.xx.2023-cü il tarixdə, həm də ondan əvvəlki tarixlərdə mütəmadi olaraq xırda xuliqanlıq hərəkətləri törətmiş, xx.xx.2023-cü il tarixdə isə onun bu hərəkətləri ən yüksək həddə çatmış, eyni gün içərisində həm ünvan 4ünvansız nalayiq ifadələr işlətmiş, ictimai nəqliyyat vasitəsinin qarşısını kəsməyə çalışaraq sərnişinlərin həyat və sağlamlığına təhlükə yaratmışdır. Beləliklə, o təkcə arvadı və onun ailə üzvlərini deyil, bütövlükdə kənd əhalisini narahat etmiş, onların haqlı narazılığına səbəb olaraq ictimai qaydanı pozmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1261 nömrəli raportdan müəyyən edilir ki, Zahid Şirinov barəsində Zərərçəkmiş şəxs1 tərəfindən Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək şikayət verməsi faktı üzrə araşdırma aparılmış və həmin araşdırma çərçivəsində Zahid Şirinovun və zərər çəkmiş şəxslərin izahatları alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 000575 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 14:00-da tutulmadan azad edilmişdir. Şəxs 14:00-da tutulmadan azad edilsə də, həmin vaxt Oğuz Rayon Məhkəməsinin inzibati binasına gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan hesablanmalı, X3 inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilməli, inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixli AZ 000575 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 12:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixli AZ 000575 nömrəli inzibati qaydada tutma protokoluna əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən :Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(054)-203/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-203/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver