Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-206/2022 30.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Oğuz şəhər sakini X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat miqdarında inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X9 şikayətini onunla əsaslandırmışdır ki, o, Oğuz şəhərində yaşayır və özünə məxsus torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq taxıl əkir. xx.xx.2022-ci il tarixdə həmin ərazidən keçən zaman özünə məxsus taxıl sahəsində mal-qara olduğunu görüb mal-qaranı ərazidən qovub çıxarmışdır. Həmin vaxt qeyd olunan ərazidə heç kim olmamışdır. Ancaq sonradan X8 adlı şəxs Oğuz rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus inəyin xəsarət aldığını bildirmişdir. Oğuz rayon Baytarlıq İdarəsinin əməkdaşı da inəyin qabaq ayağının kəsildiyi barədə rəy vermişdir. Toplanmış material üzrə Oğuz rayon Polis Şöbəsində araşdırma aparılaraq xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X10 tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, qeyd olunan protokol əsasında o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 500 manat miqdarında inzibati cərimə edilmişdir. O, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, X5 məxsus inəyə onun tərəfindən xəsarət yetirilməsi sübuta yetirlməmiş, Oğuz rayon Baytarlıq İdarəsi tərəfindən rəy verilərkən onun iştirakı təmin edilməmişdir. O, hər hansı inzibati xəta törətmədiyi halda, barəsində həqiqətə uyğun olmayan inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Akif Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan narazı və şikayətçidir. Qeyd edilən əsaslara görə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X9 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona vaxtında təqdim edilməmiş, qərar qəbul edilməzdən əvvəl ona məlumat verilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Akif Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat miqdarında inzibati cərimə edilmişdir. Bundan sonra o, qeyd olunan qərardan məhkəməyə şikayət vermişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan və o, qanunamüvafiq qaydada məlumatlandırılmadan qəbul edilmişdir. Onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əməl edilməmiş, fiziki şəxs kimi onun qanunvericilikdə nəzərdə tutulan hüquqları təmin edilməmişdir. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu və qeyd olunan protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Akif Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında hazırki iş üzrə X6 şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və bununla bağlı məhkəmə iclasında izahat verərək göstərdi ki, Andrey Piriyevin inzibati xəta hadisəsi törətməsi ilə əlaqədar araşdırma Oğuz rayon X11 Təhlükəsizlik Bölməsi tərəfindən aparılmışdır. Araşdırmanın nəticəsi olaraq Andrey Piriyevin barəsində Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X10 tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və qeyd olunan protokol inzibati tənbeh tədbirlərinin görülməsi üçün Polis Şöbəsinin rəhbərliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Qeyd olunan protokol əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Akif Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Andrey Piriyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surəti cərimə məbləğinin ödənilməsi üçün Andrey Piriyevə göndərilmiş, lakin o, hazırda həmin qərarın Andrey Piriyevə göndərilməsini təsdiq edə biləcək sənədi və ya digər sübutu məhkəməyə təqdim edə bilmir. Andrey Piriyev qeyd olunan qərarı icra etmədiyindən qərar məcburi icraya yönəldilmişdir. Andrey Piriyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh həddində cərimə edilmişdir. Andrey Piriyevin 500 manat miqdarında inzibati cərimə edilməsi barədə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Ona görə də X6 şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla X6 hazırki şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Piriyev Andrey X1 məxsus inəyə xəsarət yetirərək heyvanla rəhmsiz rəftar edilməsi əsası ilə Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X10 tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2022ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat miqdarında inzibati cərimə edilmişdir. X9 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, həmin protokol əsasında inzibati tənbeh edilməsi barədə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini hər hansı inzibati xəta törətmədiyi, habelə, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın onun iştirakı olmadan və qanunamüvafiq qaydada məlumatlandırılmadan qəbul edildiyi, eyni zamanda, qeyd olunan qərarın surəti də ona vaxtında göndərilmədiyindən, həmin qərarı indiyədək mübahisələndirə bilmədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, iş materiallarından həmin qərarın X6 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Andrey Piriyevə rəsmi qaydada verildiyi müəyyən edildiyindən, Andrey Piriyev də həmin qərarın məzmunu barədə bu yaxınlarda məlumatı olduğunu bildirdiyindən və bundan sonra qeyd olunan qərardan məhkəməyə şikayət verdiyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəmə iclasında iştirak edən nümayəndəsi də bu faktı inkar edə biləcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, X9 həmin qərardan şikayət vermək üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulan müddəti keçirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 60.1 və 60.3-cü maddələrinin məzmununa görə səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırır. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X4 barəsində qəbul ediləcək qərarın müzakirəsində iştirak etmək üçün dəvət edilməmiş, yəni barəsində qəbul ediləcək qərarın müzakirəsində iştirak etməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 izahatı alınmamış, qeyd olunan inzibati xəta hadisəsinə münasibəti dəqiqləşdirilməmiş, onun təqdim edə biləcəyi dəlillər və sübutlar araşdırılmamış, onların istinad edildiyi hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəlləin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq, tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, X6 təqsirli olubolmamasından asılı olmayaraq, qərar qəbul edilərkən onun iştirakı təmin edilməməklə qanunvericilikdə müəyyən edilmiş özünü müdafiə hüququ pozulduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi ilə əlaqədar hazırki iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından X6 barəsində tərtib edilən xx.xx.2022ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. X6 qeyd edilən inzibati xətanı törədib-tərətməməsi məsələsi, törədildiyi halda, həmin inzibati xətanın xarakteri, inzibati məsuliyyətə cəlb edilmə şərtləri dəqiq müəyyən edilməli olduğundan onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qanunvericiliyin tələblərinə istinad edilməklə qərar qəbul edilməsi üçün inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 57, 60, 61, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X6 şikayəti qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat miqdarında inzibati cərimə edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Akif Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X9 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-206/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-206/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver