Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-206/2024 16.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Mollalı kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Oğuz rayonu Sincan kəndi ərazisində Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Habil Quliyev və X13 rayonu Sincan kəndi ərazisində xidmətdə olarkən sonradan adını bildikləri X1 vəziyyətdə üst geyimini çıxararaq ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları X4 nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Səxavət Hüseynov polis əməkdaşları ilə polis şöbəsinə getməkdən də imtina etmiş, məcburi şəkildə Polis Şöbəsinə aparılmasını təmin etmək istədikdə isə həmin vaxt ərazidə olan sonradan adlarını bildikləri Şəxs və X5 polis əməkdaşlarına mane olmağa çalışmışlar. Belə ki, Şəxs içki butulkasını sındıraraq sınıq şüşə ilə polis əməkdaşlarına mane olmaq üçün öz qolunu kəsmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmış, X6 və adı çəkilən digər şəxslər məcburi şəkildə polis avtomobilinə əyləşdirilərək Polis Şöbəsinə aparılmışlar. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə 16:15-də inzibati qaydada tutulmadan azad edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Mollalı kəndində yaşayır. O, xx.xx.2024-cü il tarixdə Sincan kəndi ərazisində 4 yol adlanan yerdə tanışı Səxavət Hüseynovla birlikdə kafeyə getmişdir. Sonradan həmin yerə Feruz adlı tanışları gəlmiş, onlar aldıqları balıqları həmin kafenin mətbəxində hazırlatdıraraq yemiş və spirtli içki qəbul etmişlər. Bir qədər sonra Səxavət Hüseynov spirtli içkinin təsiri altında küçəyə çıxmış və ucadan səs-küy salmağa başlamışdır. Bu zaman polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, nəticə əldə edə bilməmişlər. O, da həmin vaxt küçəyə çıxmış, Səxavəti sakitləşdirməyə çalışmışdır. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etdikləri vaxt isə o özü də içkinin təsiri altında olduğundan yerdə olan şüşə butulkanı sındıraraq özünə xəsarət yetirmişdir. Bundan sonra Polis əməkdaşları onları məcburi şəkildə polis şöbəsinə aparmışlar. Qeyd etdikləri nəzərə alınmaqla barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 16:15-də tutulmadan azad edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Oğuz rayonu Sincan kəndi ərazisində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, hazırda ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, yüngülləşdirici halı nəzərə alaraq inzibati həbs müddətinin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2024-cü il tarixdə 16:15-də tutulmadan azad edilsə də, xx.xx.2024-cü il tarixdə 16:15 radələrində Oğuz Rayon Məhkəməsinə gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024-cü il tarixdə saat 20:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 20:30-dan hesablansın. İnzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 20:30-da başa çatmış hesab edilsin. İnzibati həbsdə saxlanılma yeri Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri müəyyən edilsin və qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsdə saxlanılma yerinə çatdırılmasına dair hissəsinin icrasını təmin etmək Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-206/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-206/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver