Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-207/2024 16.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1991-ci il tarixdə Oğuz rayonu Sincan kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Oğuz rayonu Sincan kəndi ərazisində Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Habil Quliyev və X12 rayonu Sincan kəndi ərazisində xidmətdə olarkən sonradan adını bildikləri X1 vəziyyətdə üst geyimini çıxararaq ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları X4 nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Səxavət Hüseynov polis əməkdaşları ilə polis şöbəsinə getməkdən də imtina etmiş, məcburi şəkildə Polis Şöbəsinə aparılmasını təmin etmək istədikdə isə həmin vaxt ərazidə olan sonradan adlarını bildikləri X8 və Şəxs polis əməkdaşlarına mane olmağa çalışmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmış, X5 və adı çəkilən digər şəxslər məcburi şəkildə polis avtomobilinə əyləşdirilərək Polis Şöbəsinə aparılmışlar. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə 16:15-də inzibati qaydada tutulmadan azad edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Sincan kəndində yaşayır. O, xx.xx.2024-cü il tarixdə işdən gəldikdən sonra Sincan kəndi ərazisində 4 yol adlanan yerdə kafeyə getmiş və çay içmək üçün əyləşmişdir. Bu zaman yandakı masada oturan Səxavət adlı şəxs uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. O və digər şəxslər həmin şəxsi sakitləşdirməyə çalışmışlar. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları da gəlmiş, o polis əməkdaşlarının birindən Səxavətin içkili olduğunu, bu səbəbdən Polis Şöbəsinə aparmamalarını, evinə aparmaq üçün o və digər şəxslərə icazə vermələrini xahiş etmişdir. Bundan sonra polis əməkdaşları Səxavət Hüseynovu məcburi şəkildə xidməti avtomobilə əyləşdirərək Polis Şöbəsinə aparmışlar. O yenidən əvvəlki yerində əyləşərək tanışları ilə domino oynamağa davam etmişdir. Bu zaman yan masalardan birində də Elşad Qarayev əyləşmişdir. Həmin vaxt polis əməkdaşları oraya yenidən qayıdaraq heç bir səbəb göstərmədən onu və Elşad Qarayevi xidməti avtomobilə əyləşdirərək Polis Şöbəsinə aparmışlar. O, eyni məzmunlu izahatı Polis Şöbəsində olarkən də vermişdir. O, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, polis əməkdaşı Camal Şıxkərimovla xx.xx.2024-cü il tarixdə Sincan kəndi ərazisində xidmətdə olan zaman 4 yol adlanan yerdə, kafenin qarşısında sonradan adını bildikləri X2 ünvansız nalayiq ifadələr işlətdiyini görmüş və ona yaxınlaşaraq ictimai qaydanı pozmamasını bildirib onu nizam-intizama dəvət etmişlər, lakin Səxavət Hüseynov onların qanuni tələblərinə tabe olmamış və onlara müqavimət göstərməyə başlamışdır. Səxavət Hüseynov polis əməkdaşları ilə polis şöbəsinə getməkdən də imtina etmiş, məcburi şəkildə Polis Şöbəsinə aparılmasını təmin etmək istədikdə isə həmin vaxt ərazidə olan sonradan adlarını bildikləri X8 da polis əməkdaşlarına mane olmağa çalışmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmış, X5, sonradan isə Elşad Qarayev və Şəxs məcburi şəkildə polis avtomobilinə əyləşdirilərək Polis Şöbəsinə aparılmışlar. O, hadisə zamanı Şəxs onlara qarşı tabesizlik göstərdiyinin şahidi olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs xx.xx.2024-cü il tarixdə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs Səxavət Hüseynovu sakitləşdirməyə çalışması, həmçinin, polis əməkdaşlarından həmin şəxsin Polis Şöbəsinə aparmamalarını xahiş etməsi, bu zaman ucadan səs-küylə danışmış olsa belə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi onun öz izahatı ilə yanaşı, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşının özünün izahatı ilə də təkzib edilmişdir. Qeyd olunan faktlar məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon X9 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-207/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-207/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver