Məhkəmə qərarları › İş №3(054)-208/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-208/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-208/2022 12.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-15912 nömrəli məktubu ilə tələb edilən məlumatı təqdim etməməsi faktı üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında informasiya sistemindən çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs ASC-nin qanuni təmsilçisi X1r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-15194 nömrəli məktubundan görünür ki, hüquqi şəxs Şəxs ASC-nin səhmdarı X2 müraciəti əsasında Şəxs ASC-nə məktub göndərilərək Şəxs ASC-nin fəaliyyətinə dair sənədlərin həmin səhmdara təqdim edilməsi və bu barədə 7 (yeddi) gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. Qeyd olunan bildiriş məktubu xx.xx.2022ci il tarixdə Şəxs ASC-nə rəsmi qaydada təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-15912 nömrəli bildiriş məktubundan və həmin məktuba aid qəbzdən görünür ki, hüquqi şəxs Şəxs ASC barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə həmin hüquqi şəxsə bildiriş göndərilmiş və zəruri sübutların təqdim edilməsi təklif edilmişdir. Qeyd olunan bildiriş məktubu xx.xx.2022-ci il tarixdə Şəxs ASC-nə rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, hüquqi şəxs Şəxs ASC-nin səhmdarı X2 müraciəti əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2022ci il tarixli 6-1.26-2-2022-15194 nömrəli məktubla hüquqi şəxs Şəxs ASC-nə müraciət edilərək Şəxs ASC-nin fəaliyyətinə dair sənədlərin həmin səhmdara təqdim edilməsi və bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. Lakin Şəxs ASC Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022- 15912 nömrəli məktubu ilə tələb edilən məlumatı təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022- 15912 nömrəli məktubu ilə tələb edilən məlumatların hüquqi şəxs Şəxs ASC tərəfindən təqdim edilməməsi iş materialları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2-ci, 106-1.3.6-cı maddələrinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-6.1 və 107-6.3-cü maddələrinin məzmununa görə səhmdarların ümumi yığıncağının protokolunun surəti səhmdarın tələbi ilə ona təqdim edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, hüquqi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs Şəxs ASC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən hallar aşkar edilməmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (054) - 94 / 2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından müəyyən edilir ki, Şəxs ASC xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 1500 manat miqdarında inzibati cərimə edilmişdir. Qeyd olunan məhkəmə qərarının məzmunundan görünür ki, Şəxs ASC-nin səhmdarı X2 müraciəti əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixdə hüquqi şəxs Şəxs ASC-nə rəsmi məktubla müraciət edilərək Şəxs ASC-nin fəaliyyətinə dair sənədlərin həmin səhmdara təqdim edilməsi və bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. Lakin Şəxs ASC tələb edilən məlumatı təqdim etməmişdir. Göründüyü kimi, hər iki iş üzrə Şəxs ASC-nin fəaliyyətinə dair məlumatların əldə edilməsi üçün müraciət edən şəxs həmin hüquqi şəxsin səhmdarı olan X3 adlı şəxs olmaqla, qeyd edilən müraciətlər hər iki halda 2022-ci ilə təsadüf etsə də, adı çəkilən səhmdar birinci müraciətində də səhmdar cəmiyyətin fəaliyyətinə dair məlumatları ala bilmədiyindən, onun illik hesabatı və mühasibat balansı ilə tanış olmadığından həmin müraciətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-cı maddəsində nəzərdə tutulan, ildə bir dəfə müraciət etmək hüququndan kənara çıxma halı kimi qəbul edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, adı çəkilən səhmdar qanunvericilikdə nəzərdə tutulan hüququndan istifadə edərək belə bir tələblə səhmdar cəmiyyətə təkrar müraciət etmişdir. Həmin əsasa görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC tərəfindən eyni xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını, habelə, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan 2000 manat miqdarında inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs Şəxs ASC xx.xx.2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar