Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-209/2024 06.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1953-cü il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, Oğuz rayonu Qumlaq kəndində yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 21061 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2024-cü il tarixli qərar ilə 80 manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak etdiyi məhkəmə iclasında izahat verərək bildirdi ki, o, hazırda etibarnamə əsasında “VAZ 21099 MİNİK” markalı avtomobili idarə edir. Onun əvvəllər “VAZ 21061 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili olsa da, qəza keçirdikdən sonra həmin avtomobilə nə olduğundan xəbərsizdir. xx.xx.2024-cü il tarixdə də avtomobili o idarə etməmiş və kimin idarə etməsi ilə bağlı da hər hansı məlumatı yoxdur. O məsələni aydınlaşdırmaq məqsədi ilə Polis Şöbəsinə getmək istəyir və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatəti əsasında məhkəmə iclası təxirə salınaraq növbəti məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq Şəxs həmin məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, ona tətbiq edilən cərimə məbləğini və dəbbə pulunu ödəməsi barədə sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun iştirakı olmadan davam etdirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş Şəxs haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 20167457 nömrəli inzibati tənbeh vermə haqqında qərardan, Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan, fotoşəkillərdən və portal məlumat sistemi üzrə çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 21061 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək həmin tarixli qərarla 80 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” İnformasiya Sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs mülkiyyətində “VAZ 21061 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” İnformasiya Sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs tərəfindən VAZ 21061 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə əlaqədar hər hansı şəxsə etibarnamə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli EQ 20167457 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında tətbiq edilən 80 manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış dəbbə pulu indiyədək də ödənilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək həmin tarixli qərarla 80 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında adı çəkilən qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs “VAZ 21061 MİNİK” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmədiyini bildirsə də, həmin faktı təsdiq edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli EQ 20167457 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında tətbiq edilən 80 manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış dəbbə pulu indiyədək də ödənilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması cəzasının tətbiq edilməsini, nəqliyyat vasitələrini idarə etmək hüququnun 9 ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 9 ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-209/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-209/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver